Robert Nduquva: WUF13 urbanizasiya gündəmi ilə bağlı beynəlxalq dialoqun möhkəmlənməsinə töhfə verir
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi urbanizasiya gündəmi ilə bağlı beynəlxalq dialoqun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, həmçinin müzakirələrin məzmunlu yekunlarının və praktiki nəticələrinin təqdim olunmasına imkan yaradır.
Bu barədə AZƏRTAC-a BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) məlumat və statistika şöbəsinin rəhbəri Robert Nduquva danışıb.
Onun sözlərinə görə, forum iştirakçılara ölkənin nailiyyətlərini əks etdirən aktual analitik materiallar və əsas göstəricilərlə tanış olmaq, eləcə də dayanıqlı şəhər inkişafı sahəsində mövcud tendensiyaları müzakirə etmək imkanı verib.
O əlavə edib ki, forum ölkələr və ekspertlər arasında praktiki yanaşmaların formalaşmasına və nəticələrin mübadiləsinə töhfə verir.
Müxbir – Tamilla Məmmədova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [18:22]
WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışılıb
- 22.05.2026 [18:02]