Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir
Bakı, 22 may, AZƏRTAC
Bakı artıq bütün dünya üçün çoxtərəfli müzakirələrin və qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir. Sizin təcrübəniz, praktiki fəaliyyətiniz və tövsiyələriniz ölkələr, xalqlar və beynəlxalq təşkilatlar arasında gələcək münasibətlər üçün dürüst və obyektiv bir platforma qurmaqda çox faydalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIV Qlobal Bakı Forumunun elanı və GPA jurnalının 12-ci buraxılışının təqdimatı mərasimində deyib.
Muxtar Babayev, həmçinin Azərbaycanın digər perspektivli və strateji əhəmiyyətli proqramları çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:10]
“Bakı Fəaliyyətə Çağırış” sənədi
- 22.05.2026 [19:42]
Anaklaudia Rossbax: Azərbaycanın ev sahibliyi ilə möhtəşəm WUF13 keçirdik
- 22.05.2026 [14:51]
WUF13 iştirakçısı: İndi əldə olunan nəticələri fəaliyyətə keçirmək vaxtıdır
- 22.05.2026 [14:03]