Maimuna Mohd Şərif: WUF13-ə ev sahibliyinə görə Azərbaycanı təbrik edirəm
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanı, eləcə də UN-Habitat-ı bu WUF13-ə ev sahibliyi etdiyinə və mənzil mövzusunu seçdiyinə görə təbrik edirəm. Hesab edirəm ki, mənzil məsələsini burada müzakirə etməyimiz çox vaxtında atılmış bir addımdır.
Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Kuala Lumpurun sabiq meri, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri Maimuna Mohd Şərif deyib.
O bildirib ki, WUF13 qanunverici orqan olmasa da, cəmiyyətin bütün təbəqələrindən olan insanlar üçün bir platformadır. Bura dövlət başçılarından tutmuş nazirlərə, merlərə, icmalara, yerli xalqlara, gənclərə, qadın qruplarına və sahibkarlara qədər hamının müzakirə aparmaq üçün bir araya gəldiyi yerdir.
Maimuna Mohd Şərif, həmçinin qeyd edib: “Hazırda dünyanın qlobal böhranlar yaşadığı bir dövrdə qarşıda duran bütün çətinlikləri nəzərə alaraq, WUF13-ün nəticələrinin həqiqətən tanınmasını, daha sonra icra baxımından monitorinq edilməsini və iki il sonra WUF14-ə hesabat şəklində təqdim olunmasını görmək istərdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [19:49]
"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı
- 22.05.2026 [19:42]