WUF13 iştirakçısı: İnanıram ki, Qana Azərbaycanla şəhərsalma sahəsində səmərəli əməkdaşlıq qura bilər
Bakı, 22 may, AZƏRTAC
Şirkətimiz Qana və Afrika üzrə tullantıların emalı sahəsində fəaliyyət göstərir. Bu mənim WUF-da ilk iştirakımdır və deyə bilərəm ki, mənim üçün bu möhtəşəm bir təcrübə oldu, çünki tədbir yüksək səviyyədə təşkil olunub.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Qananın “Andybed Consult Ghana Limited” şirkətinin baş icraçı direktoru deyib.
O bildirib ki, tədbir çərçivəsində çoxlu sayda panel müzakirələrə qoşulub.
“Özüm üçün əsas nəticəni çıxartdım ki, hökumətlər şəhərsalma məsələlərində aktiv rol oynamalı, dayanıqlı və təhlükəsiz yaşayışı nəzərə alan siyasəti təşviq etməlidirlər. İnanıram ki, Qana Azərbaycanla və başqa ölkələrlə şəhərsalma sahəsində səmərəli əməkdaşlıq qura bilər. Bu mənim Azərbaycana ilk səfərimdir. Ölkəniz çox gözəldir. Ölkənizdə mövcud olan memarlıq nümunələri bunu göstərir ki, Azərbaycanın şəhərsalma sahəsində geniş təcrübəsi var. Qana da, öz növbəsində ideyalarını ölkənizlə bölüşməyə hazırdır”, - deyə şirkətin direktoru qeyd edib.
Foto - Nurlan Tahirli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [19:49]
"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı
- 22.05.2026 [19:42]