Nkeyi meri: WUF13 yüksək səviyyədə keçirildi və beynəlxalq tədbirin miqyasına tam uyğundur
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası yüksək səviyyədə keçirildi və beynəlxalq tədbirin miqyasına tam uyğundur.
Bu barədə AZƏRTAC-a Nkeyi (Konqo Respublikası) şəhərinin meri Mişel Batomissa Malanda bildirib. Onun sözlərinə görə, bu tədbirdə iştirak vacib peşəkar təcrübədir, ev sahibi ölkə tərəfindən tədbirin təşkili isə ən yüksək tərifə layiqdir.
Agentliyin həmsöhbəti vurğulayıb ki, hazırda dünya ölkələri demoqrafik dəyişikliklər, ətraf mühit problemləri və mənzil təminatı məsələləri də daxil olmaqla bir sıra ciddi problemlərlə üzləşir. Onun fikrincə, belə beynəlxalq platformalar şəhərlərə və ölkələrə təcrübə mübadiləsi aparmağa və aktual şəhərləşmə problemlərinin birgə həll yollarını axtarmağa imkan verərək əsas rol oynayır.
Nkeyi şəhərinin meri belə bir qlobal dialoqda iştirak etmək imkanına görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlığını bildirib, WUF13-ün müzakirə və praktik həllərin hazırlanması üçün əhəmiyyətli bir platformaya çevrildiyini qeyd edib.
Müxbir – Tamilla Məmmədova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [18:53]
Maimuna Mohd Şərif: WUF13-ə ev sahibliyinə görə Azərbaycanı təbrik edirəm
- 22.05.2026 [18:52]
Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir
- 22.05.2026 [18:46]
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib YENİLƏNİB VİDEO
- 22.05.2026 [18:44]