Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Attestasiya Komissiyası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsinin təqdimatı keçirilib YENİLƏNİB VİDEO

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” birgə layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi müəssisə və təşkilatların akkreditasiyası işinin təşkili haqqında danışıb. O bildirib ki, son dövrlərdə iqlim dəyişikliyi, iqtisadi böhranlar, pandemiya kimi qlobal geosiyasi problemlər fonunda dünya misilsiz dəyişikliklərlə üz-üzə qalıb. Bununla yanaşı, süni intellekt və sintetik biologiya sahəsində yeniliklər də daxil olmaqla, texnoloji dəyişikliyin sürətli tempi yeni yaranan texnologiyalara nəzarəti getdikcə daha da mürəkkəbləşdirir: “Qeyd edilən məsələlər elm sahəsində həyata keçirilən dövlət siyasəti üçün həm problem və çətinlikləri, həm də imkanları üzə çıxarır. Sürətli dəyişiklik və yüksək qeyri-müəyyənlik şəraitində elm sahəsinin inkişafı məlumatlara, təhlilə və eyni zamanda birgə fəaliyyət və əməkdaşlığa əsaslanan düzgün qərarların verilməsindən birbaşa asılıdır. COVID-19 böhranı ciddi sarsıntılarla müşayiət edilsə də, ümumilikdə elm və innovasiya cəmiyyətinin görünməmiş səfərbərliyinə səbəb oldu. Dövlət institutları və təşkilatları, özəl fondlar və xeyriyyə cəmiyyətləri, səhiyyə sənayesi qısa müddətdə milyardlarla dollar dəyərində yeni tədqiqat təşəbbüsləri irəli sürdülər. Bu gün tərəddüdsüz deyə bilərik ki, ölkəmizin və dünyanın üzləşəcəyi çətinliklərlə yeganə mübarizə strategiyası elmdir. Məhz alimlərin mütəşəkkil səyi nəticəsində virus və yoluxma haqqında daha dəqiq anlayış təmin edilərək çox qısa müddət ərzində peyvənd hazırlanması mümkün oldu. Onu da qeyd etməliyik ki, rəqəmsal texnologiyalar COVID-19-un təsirini azaldaraq iqtisadiyyatın və cəmiyyətin böyük hissəsinin fəaliyyətinin davam etməsini təmin etdi. Hazırkı pandemiya qarşıdakı böhranlara hazır olmaq və çevik qərarlar vermək üçün elm sahəsinin əhəmiyyətini daha çox önə çıxardı”.

Famil Mustafayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qələbəmiz nəticəsində ortaya çıxan yeni reallıqlar, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi üçün imkanların səmərəli istifadəsi ilə bağlı çağırışlar respublikamızda elmi tədqiqata, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığına xüsusi yanaşmanı zəruri edir. Digər tərəfdən, pandemiya ölkəmizdə də elm sahəsində mövcud olan həm güclü, həm də zəif tərəfləri üzə çıxardı. COVID-19-un təsirləri hələ də davam edir və biz artıq müəyyən nəticələr çıxara, təhlillər apara, eləcə də gələcək üçün düzgün strategiyanın formalaşdırılmasını müzakirə edə bilərik. Ölkəmizdə elmin inkişafını təmin etmək üçün beş istiqamətdə - yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, elmi müəssisə və təşkilatlarda müasir infrastrukturun qurulması, elmin maliyyələşdirilməsi, elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması və elmi müəssisə və təşkilatların idarəedilməsinin müasir tələblərə uyğun təşkil edilməsi paralel və əlaqəli fəaliyyəti zəruri hesab edirik.

Ali Attestasiya Komissiyasının səlahiyyətləri çərçivəsində elmi-pedaqoji kadr hazırlığında keyfiyyətin təmin edilməsi üçün son dövrdə görülən işlərdən danışan Famil Mustafayev deyib: “Görülən işlər və bu sahədə aparılan islahatlar çərçivəsində, həm elmin təşviq edilməsi, həm də bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması və ən əsası ölkəmizdə yeni nəsil peşəkar tədqiqatçıların formalaşdırılması prinsipləri üstünlük təşkil edir. Hazırda ölkəmizdə 104 elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si Yer, 15-i kimya və biologiya, 11-i aqrar, 12-si tibb və 31-i humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir. 2018-2021-ci illər üzrə elmi dərəcələrin təqdim olunması ilə bağlı statistikaya nəzər salsaq görərik ki, bu dövr ərzində 1098 iddiaçıya fəlsəfə doktoru, 183 iddiaçıya elmlər doktoru elmi dərəcəsi verilib”. 2021-ci ilin mart-iyun ayları ərzində 248 (onlardan filologiya elmləri üzrə - 50, tibb elmləri üzrə - 35, iqtisad elmləri üzrə - 34, texnika elmləri üzrə 27 və biologiya elmləri üzrə - 18) dissertasiya müdafiəsi keçirilib.

Ali Attestasiya Komissiyasının sədri məlumat verib ki, dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc edilən məqalələrin sayına görə ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliləyişə nail olub. 2014-cü ildə “Web of Science” bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, ötən il bu rəqəm 1787-yə çatıb. Azərbaycan üzrə dərc olunan məqalələrin 93 faizi fizika-riyaziyyat, texnika, Yer, biologiya və tibb elmləri, 7 faizi isə humanitar və ictimai elmlər sahəsinə aiddir.

O deyib ki, elmin inkişafı ölkəmiz üçün son dərəcə vacib və əhəmiyyətli olduğundan bu sahədə görüləcək işlər mütləq digər sahələrdə ölkədə aparılan islahatlarla uzlaşdırılmalıdır: “Bunu nəzərə alaraq, dövlət və özəl qurumların əlaqəli fəaliyyəti, planlaşdırma və qərarların verilməsində bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi vacibdir. Məqsədimiz ölkəmizdə elmi fəaliyyətin və onun idarə edilməsinin müasir, beynəlxalq tələblərə uyğun formalaşdırılmasıdır. Bu istiqamətdə elm sahəsini tənzimləyəcək normativlər, keyfiyyət standartları və meyarlar müəyyənləşdirməli və hər bir elmi müəssisə və təşkilatın bu meyarlara cavab verməsini təmin etməliyik. Qeyd edilən standartları hazırlayarkən həm mütərəqqi beynəlxalq təcrübəni, həm də ölkəmizin qarşısında duran sosial-iqtisadi tələbləri və inkişaf strategiyalarını nəzərə almalıyıq. Müvafiq keyfiyyət standartlarının hazırlanması bu sahənin həm idarə edilməsinə, həm də bu sahəyə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsinə müsbət təsir göstərəcək, elmi tədqiqatı və innovasiyanı təşviq etməyə kömək edəcək”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi dəstək haqqında ətraflı məlumat verib. Qeyd edib ki, təhsil və elmi tədqiqat sahəsindəki əməkdaşlıq bilik və təcrübənin sərbəst hərəkəti üçün imkan yaradır və bu da özlüyündə inkişaf etmiş iqtisadiyyat və açıq cəmiyyətin yaranmasında, həmçinin qarşılıqlı anlaşmanın güclənməsində əsas rol oynayır.

Layihə rəhbəri İlkin Nəzərov bildirib ki, layihə 3 mərhələdə (hazırlıq, icra və yekun) icra olunacaq. Layihənin 2022-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Keyfiyyət təminatı və akkreditasiya üzrə baş ekspert Axim Hopbax təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiyası sahəsində Avropa təcrübəsi haqqında təqdimatla çıxış edib. Bu sahədə Xorvatiya, Almaniya və Çex Respublikasının təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonda sual-cavab sessiyası təşkil olunub, müzakirələr aparılıb.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, səhiyyə naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Teymur Musayev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri, ali təhsil müəssisələrinin rektorları, elmi müəssisə və təşkilatların direktorları iştirak ediblər.

Qeyd edək ki, “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və “IBF International Consulting” şirkətinin rəhbərlik etdiyi Konsorsium ilə birgə həyata keçiriləcək. Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Ali Attestasiya Komissiyası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsinin təqdimatı keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var