CƏMİYYƏT
Azərbaycan Ankarada keçirilən “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda simpoziumda təmsil olunur VİDEO

Ankara, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Ankarada “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Ali Məhkəmənin sədri Ramiz Rzayev simpoziumda iştirak edirlər.
Mərasim ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olan Türkiyə Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksində keçirilir.
Simpoziuma 14 ölkənin Baş prokuroru və Ali məhkəmələrinin sədrləri qatılıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara