Yevlaxda şəhid və qazi övladları üçün əyləncəli tədbir təşkil olunub VİDEO
Yevlax, 4 sentyabr, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi övladları üçün Kür çayı sahilindəki bulvarda əyləncəli tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən qazilər və şəhid ailələri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıblar.
Tədbirdə uşaqlar attraksionlarda əylənərək şən və maraqlı istirahət ediblər. Qazilər və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda uşaqlara hədiyyələr, məktəbli formaları təqdim olunub.