Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Bakı, 9 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkili və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində silsilə əməliyyatları davam etdirirlər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Nəsimi rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Ağstafa rayon sakini Emil Alıyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 46 qram heroin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik bank kartı, həmçinin idarə etdiyi avtomobildən əlavə olaraq 3 kiloqram 130 qram heroin və 830 qram psixotrop metamfetamin aşkarlanıb.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanbaba Abbaszadə və onun tanışı Qəhrəman Qədimov saxlanılıblar. Xanbaba Abbaszadə və Qəhrəman Qədimovun üzərində axtarış aparılan zaman onlardan ümumilikdə 35 qram heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq, Qəhrəman Qədimovun idarə etdiyi avtomobilə baxış keçirilib. Avtomobildən Xanbaba Abbaszadəyə məxsus 1 kiloqram 500 qram marixuana, 6 kiloqram 240 qram heroin, satışı qadağan edilən psixotrop tərkibli 2300 ədəd metadon və 4300 ədəd tramadol həbi aşkar olunub.

Baş İdarə əməkdaşları tərəfindən Səbail rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elxan Əhədli saxlanılıb. Onun üzərindən və mənzilindən ümumilikdə 733 qram heroin, metamfetamin və 2 elektron tərəzi aşkarlanıb.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları və sosial şəbəkələrdə vətəndaşlardan edilən müraciətlər əsasında Xətai, Nəsimi və Abşeron rayonlarında həyata keçirdikləri tədbirlər zamanı müvafiq olaraq Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən ümumilikdə 15 qrama yaxın heroin, metamfetamin, eləcə də elektron tərəzilər və narkotik vasitələrin onlayn satışında istifadə etdikləri plastik kartlar aşkar olunub.

Həmin əməliyyatlar zamanı saxlanılan Emil Alıyev, Xanbaba Abbaszadə, Qəhrəman Qədimov, Elxan Əhədli, Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı ilə bağlı aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb olunublar. Daha sonra həmin şəxslər narkotik vasitələri sərhədyanı rayonların ərazilərində qəbul ediblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, hətta narkotik maddələri qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarmaq olub. Adları sadalanan şəxslər, həmçinin onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə xaricdəki narkokuryerlərin hesablarına köçürüblər. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinə nəzarət ediblər.

Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Quba rayonunun Davidoba kəndi sakini Tural Məmmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş yaş çəkisi 510 kiloqram olan 119 çətənə kolu və 52 kiloqram 800 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Tural Məmmədov bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Yardımlı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Astara rayon sakinləri Mehdi Həsənov, Heybər Nabatov, həmçinin Yardımlı rayon sakinləri Fariz Ağayev, Rauf Ataşov, Cəmil Paşayev və Əlican Hüseynov saxlanılıblar. Astara rayon sakinlərindən ümumilikdə 2 kiloqrama yaxın marixuana və, Yardımlı sakinlərindən isə 3 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqrama yaxın “kola” və “kokos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, marixuana, eləcə də 6600 ədəd metadon və tramadol həbi, həmçinin 510 kiloqram olan 119 ədəd çəkisi çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq, barələrində həbs qətimkan tədbirləri seçilib.

Baş İdarə bir daha vətəndaşlara müraciət edərək bildirib ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum diqqətli olsunlar. Onlara narkotik vasitələri ilkin ödəniş tələb olunmadan təklif edən səhifələrin asan yolla varlanmaq vədlərinə inanmasınlar. Həmin səhifələr onlara bu cür təkliflər etdikdə isə onların hesablarını şikayət etməklə bağlanmasına nail olmaq hər birimizin başlıca vətəndaşlıq borcudur.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir