Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib VİDEO

Moskva, 11 dekabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsini təşkil edib.

AZƏRTAC xəbər verir ki, gecənin qonaqları arasında tanınmış siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələrin səfirləri vardı.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, 2006-cı ildən Azərbaycan Respublikanın Rusiya Federasiyasındakı səfirliyinin binasında Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirə günü keçirilir.

Səfir deyib: “Bu bina xüsusi məkandır. Moskva və Rusiya Heydər Əliyevin həyatında xüsusi mərhələlər olub. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. Buna görə iki ölkə, iki şəhər Heydər Əliyevin taleyində xüsusi rol oynayıb: onun doğma vətəni Azərbaycan, Bakı və Moskva, Sovet İttifaqı, Rusiya. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 30-dan çox nazirliyə, bir sıra sahələrə kuratorluq edib. Biz hər il bu zalda onun çoxsaylı məsləkdaşları ilə görüşürük. O həm də SSRİ Ali Sovetinin deputatı olub və öz seçiciləri üçün çox iş görüb.

1990-cı il yanvarın 21-də, yəni Qara Yanvarın ertəsi gün Heydər Əliyev bu binaya gəlib, burada çıxış edib və Bakıda törədilmiş cinayətə görə sovet rəhbərliyini ittiham edib. Sovet İttifaqı dövründə ölkənin siyasi rəhbərliyinə qarşı çıxış etməyin nə demək olduğunu yaşlı nəslə izah etməyə ehtiyac yoxdur. Buna baxmayaraq məhz Heydər Əliyev 20 Yanvar hadisələrinə birinci olaraq siyasi qiymət verdi, hamının eşidəcəyi səslə bunu söyləməyə çəkinmədi, o vaxt Azərbaycan Respublikasının düşdüyü informasiya blokadasını aradan qaldırdı. İnsanlar başa düşdülər ki, belə bir rəhbər, belə bir dünyamiqyaslı insan Azərbaycanda olmadığına görə respublika çox çətin vəziyyət düşüb.

1993-cü ildə Heydər Əliyev artıq suveren Azərbaycanın rəhbərliyinə qayıtdı və çox qısa müddətdə görkəmli addımlar atdı, o cümlədən qərb ölkələrinin neft şirkətləri ilə Əsrin Müqaviləsi imzalandı. Bu gün bu barədə danışmaq bəlkə də asandır, lakin o dövrdə bu, əsl qəhrəmanlıq idi və qısa müddətdə respublika tamam başqa şəkildə inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycana qayıdanda respublika vətəndaş müharibəsi həddində idi və inanmaq çətin idi ki, o, qısa müddətdə cəmiyyəti sakitləşdirməyi, qayda yaratmağı bacaracaq”.

Polad Bülbüloğlu daha sonra deyib: “Heydər Əliyev haqqında saatlarla danışa bilərəm, çünki bu insan mənim taleyimdə xüsusi rol oynayıb. Sovet dövründə mən bir bəstəkar, artist olmaqla onunla ünsiyyətdə olmuşam. Təbii ki, 1960-1970-ci illərdə Azərbaycanın yaradıcı insanlarının bütün uğurları Heydər Əliyevin adı ilə bağlı idi. Sonra mən mədəniyyət naziri oldum. 1993-cü ildə Heydər Əliyev qayıdanda məni bu vəzifədə saxlamağı lazım bildi. Mən onun komandasında 10 il mədəniyyət naziri vəzifəsində işləmişəm. Bu, çox böyük bir məktəb idi - insanlıq məktəbi, həyat məktəbi, ümumiyyətlə necə yaşamalı və işləməli, öz xalqına, öz dövlətinə necə fayda verməyi öyrədən məktəb. Mənim həyatımda Heydər Əliyev çox böyük rol oynayıb”.

RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz dahi atasının iradəsini həyata keçirərək Azərbaycanı iqtisadi cəhətdən firavan, enerji təchizatı baxımından müstəqil dövlətə çevirdi, Azərbaycanın qanlı yarası olan Qarabağ probleminin həllini uşaqlar və nəvələr üçün saxlamadı. Azərbaycan bütün dünyaya göstərdi ki, o, ən çətin və qeyri-standart məsələləri həll etməyə qabildir.

L.Slutski deyib: “Müasir Azərbaycan bir sıra əlamətdar layihələri gerçəkləşdirib - Birinci Avropa Oyunları, Bakı Humanitar Forumu və sair. Elmi institutlar, ali məktəblər, təbabət, mədəniyyət sahələri inkişaf edir. Bütün bunlar dahi insan, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin vəsiyyətlərinə əsasən həyata keçirilir. Son dərəcədə müdrik insan olan Heydər Əliyev həmişə öz xalqının mənafelərini əsas götürür, minlərlə insanı öz ətrafında sıx birləşdirirdi. Heydər Əliyev öz yurduna ona görə qayıtdı ki, başqa cür hərəkət edə bilməzdi. O öz xalqının liderinə çevrildi və həmişəlik lider kimi qalacaq. Yüzilliklər keçəcək və bundan sonra Azərbaycana rəhbərlik edənlər özlərini, öz gələcəyini, həyatını və karyerasını Heydər Əliyev koordinat sistemində müəyyən edəcəklər”.

Leonid Slutski daha sonra qeyd edib ki, bu gün Rusiya ilə Azərbaycanı sıx əməkdaşlıq telləri bağlayır. Deputat deyib: “Bizdən ötrü Azərbaycandan daha etibarlı tərəfdaş yoxdur. Özü də bu, təkcə postsovet məkanına aid deyil. Mən qürur duyuram, xoşbəxtəm ki, biz bir sıra maraqlı məsələləri birlikdə həll etmişik. O cümlədən İlham Heydər oğlu Avropa Şurasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri olanda biz çoxlarına sübut etdik ki, həm Azərbaycanla, həm də Rusiya Federasiyası ilə bağlı faktların təhrif edilməsi xalqın amalları ilə, ölkədə baş verən reallıqlarla heç cür bağlı deyil”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, tanınmış siyasətçilər və ictimai xadimlər ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Xatirə gecəsi çərçivəsində Rusiya Uşaq Fondunun sədri Albert Lixanovun “Xatirimdən silinmir” adlı kitabının təqdimatı keçirilib. Kitabda A.Lixanovun bu Fondun formalaşdığı dövr və bu məsələdə SSRİ hökuməti sədrinin birinci müavini Heydər Əliyevin rolu barədə xatirələri toplanıb.

Heydər Əliyev haqqında parlaq, canlı xatirələr, onunla söhbətlər, o illərin gündəliklərində aparılmış qeydlər əsasında bu insan haqqında fikirlər nadir fotoşəkillərlə tamamlanıb.

Xatirə gecəsi beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin və M.M.İppolitov adına Dövlət Musiqili Pedaqoji İnstitutunun rektoru professor Valeri Voronanın rəhbərliyi ilə gənclər orkestrinin ifasında klassik musiqi konserti ilə davam edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib