2003-CÜ İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR SEÇKİ BÜLLETENİNİN FORMASI VƏ SAYININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
1. Seçki bülleteninin doldurulması haqqında izahatı özündə əks etdirən və qeydə alınmış Prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri, habelə qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilmiş bülletenin mətni və forması təsdiq edilsin.
2. Seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində 2003-cü il sentyabrın 10-na olan məlumata görə respublika üzrə qeydə alınmış 4.376.921 seçicinin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4.508.229 ədəd hazırlansın.
3. Hər bir seçki bülleteni bir-bir və ardıcıl olaraq nömrələnsin. Nömrə seçki bülleteninin kəsilən yuxarı sol küncündə yerləşdirilsin.
Qərar N 30/243
10 sentyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:35]
Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar
- 02.06.2026 [03:18]
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
- 01.06.2026 [22:15]