Azərbaycan Dövlət İnformasiya Agentliyi

2023-cü il ölkə muzeyləri üçün uğurlu layihələrlə əlamətdar olub

Azərbaycan Milli Xalça Muzeyinin filialı 31 ildən sonra Şuşa şəhərində fəaliyyətini bərpa edib

Bakı, 30 dekabr, AZƏRTAC

Xalqımıza məxsus tarixin, maddi-mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsi olan muzeylərimiz hər il olduğu kimi yola salmağa hazırlaşdığımız 2023-cü ildə də istər ölkə vətəndaşlarının, istərsə də paytaxtımızın qonaqlarının ən çox üz tutduğu məkanlardan olub. Burada saxlanılan hər bir eksponat xalqımızın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir.

AZƏRTAC xəbər verir ki, 2023-cü il ölkə muzeyləri üçün həyata keçirilən uğurlu layihələrlə əlamətdar olub.

Paytaxtımızın ən görməli yerlərindən birində, ən müasir üslubda inşa edilmiş Azərbaycan Milli Xalça Muzeyində cari il ərzində müxtəlif mövzularda mühazirələr, ustad dərsləri, tematik ekskursiyalar, kitab təqdimatları, həmçinin uşaqlar üçün xüsusi tədris proqramları keçirilib, sərgilər, tədbirlər təşkil olunub.

“Heydər Əliyev İli” ilə bağlı muzeydə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” mövzusunda beynəlxalq elmi konfrans və “Tarixin salnaməsi” adlı sərgi keçirilib.

Digər vacib hadisə isə 31 ildən sonra Şuşa şəhərində muzeyin filialının fəaliyyətinin bərpası, nadir Qarabağ xalça nümunələrinin yenidən doğma diyarda sərgilənməsi olub.

Bu il muzeyin 100 min nəfərdən artıq ziyarətçisi olub. Bununla da muzey növbəti dəfə ölkəmizin ən çox ziyarətçi qəbul edən muzeyi kimi mövqeyini qoruyub. Həmçinin muzey bu il peşəkarların rəyləri əsasında verilən yeganə mükafat olan “Ekspertlərin seçimi mükafatı”na (“Experts' Choice”) layiq görülüb. Muzeyin kolleksiyası 53 nadir eksponatla zənginləşib.

Bu il də Azərbaycan Milli İncəsənət Muzeyi üçün məhsuldar il olub. İl ərzində muzeydə çoxsaylı sərgilər, tədbirlər, konfranslar, ustad dərsləri, maarifləndirici mühazirələr həyata keçirilib.

“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Heydər Əliyev - 100: sevimli əsərlər”, “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər”, “Mədəni yaddaşımızda Qərbi Azərbaycan”, “Miniatürsayağı” və “Zamanla dialoq” sərgiləri maraqla qarşılanıb.

Muzey il ərzində kiçikyaşlı ziyarətçilərini də unutmayıb, onlar üçün müxtəlif səpkili tədbirlər təşkil olunub.

Bu il muzeyin 15 minə yaxın ziyarətçisi olub.

Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev İli” ilə əlaqədar müxtəlif tədbir və seminarlar keçirilib, “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərgi təşkil edilib.

Şuşada “Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi” adlı sərgi təşkil edilib. Sərgidə muzeydə qorunan bir sıra eksponatlar da nümayiş olunub.

Həmçinin muzeyin eksponatlarının da yer aldığı “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərgi keçirilib.

Muzeydə 2021-ci ildə yaradılan Vətən müharibəsi fondunun zənginləşdirilməsi istiqamətində il ərzində işlər davam etdirilib. Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun şəxsi əşyalarının muzeydə təqdimatı olub.

İl ərzində muzeyi ümumilikdə 12 400 nəfər ziyarət edib ki, onların da 5100-ü xarici ziyarətçidir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, hər il olduğu kimi bu il də görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar hadisələrlə bağlı tədbirlər, konfranslar, seminarlar təşkil olunub. Muzeydə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi ilə bağlı “Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” mövzusunda respublika elmi konfransı, S.Urməvinin 825, Ə.Marağayinin 670, M.M.Nəvvabın 190 illiyinə həsr edilən “Klassik Şərq və Azərbaycan poeziyası və musiqisinin mədəniyyətlərarası səsləşmənin “İpək yolu kimi” mövzusunda beynəlxalq konfrans və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika konfransları, “Mən azərbaycanlıyam” mövzusunda ədəbi-musiqili gecə keçirilib.

İl ərzində muzeyin 10 mindən çox ziyarətçisi olub. Muzeyin ekspozisiyasında 5 dildə (Azərbaycan, ingilis, rus, ərəb və fars) 2300-dək izahat aparılıb.

İl ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, onun filiallarında və muzeydən kənarda ümumi 55 tədbir keçirilib.

“Heydər Əliyev İli” ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir və muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və musiqi mədəniyyətimiz” sərgisi təşkil olunub. Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Heydər Əliyev və ev muzeyləri” mövzusunda keçirilən respublika elmi-nəzəri konfransında “Milli mədəniyyətimizin himayədarı” məruzəsi ilə çıxış edib. Bunlarla yanaşı il ərzində muzeydə və filiallarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində 9 konsert keçirilib.

“Gənclərə dəstək layihəsi” çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə “Fortepiano musiqisi axşamı”, “XX əsrin musiqisi”, “Bir çərşənbə axşamı”, “Bahar gəlir”, “Gitara musiqisi axşamı” adlı konsertlər təşkil olunub.

Keçirilən tədbirlərdə qonaqlara mövzular üzrə ekspozisiyada nümayiş olunmayan, arxiv materialları əsasında hazırlanmış slayd-şoular vasitəsilə muzeyin zəngin fondları ilə tanış olmaq imkanı yaradılıb.

Bu il muzeyi və onun filiallarını ümumilikdə 11 500-dən çox insan ziyarət edib.

Azərbaycan İstiqlal Muzeyində il ərzində 21 tədbir-sərgi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir, “Millətə adanmış ömür” adlı tədbir-sərgi təşkil edilib.

Bundan başqa, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yaşatmaq, vətənpərvərliyin təbliği məqsədilə 2021-ci ildən həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə davam etdirilib.

İl ərzində muzeyə 8600-ə yaxın ziyarətçi gəlib. Onlardan min nəfərə yaxını xarici vətəndaşdır. Ziyarətçilər üçün Azərbaycan, rus və ingilis dillərində 330 ekskursiya aparılıb.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində əlamətdar mədəniyyət hadisələri, yubileylərlə bağlı müxtəlif tədbirlər keçirilib. Muzey “Heydər Əliyev İli” ilə əlaqədar ilin əvvəlindən başlayaraq “Heydər Əliyev və Azərbaycan” adlı layihə həyata keçirib. Görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illik yubileyi münasibətilə Ankarada, TÜRKSOY-un iqamətgahında tədbir təşkil olunub. Muzey tərəfindən həmin tədbirdə sənətkarın yaradıcılığını əks etdirən nadir eksponatlardan ibarət fotosərgi və videoçarx nümayiş etdirilib.

Həmçinin ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimində muzeyin fondunda qorunan və müxtəlif dövrlərin teatr estetikasını əks etdirən 200-dən artıq fotonun yer aldığı səyyar sərgi nümayiş olunub. Festivalın bağlanış mərasimində təşkil olunan teatr rəssamlarının tamaşalara çəkdikləri dekorasiya və geyim eskizlərindən ibarət “Eskizdən səhnəyə” adlı səyyar sərgi maraqla qarşılanıb.

Bu il muzeyin ümumilikdə 5000 nəfərə yaxın ziyarətçisi olub.

İl ərzində görkəmli şəxsiyyətlərin ev-muzeyləri, həmçinin bölgələrdə fəaliyyət göstərən muzeylərdə də müxtəlif səpkili tədbirlər təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib