2025-ci ildə virtual və artırılmış reallıq qurğularının tədarük həcmi 43 milyonu ötəcək
Bakı, 24 iyul, AZƏRTAC
2020-ci ildə virtual və artırılmış reallıq (augmented reality, AR/virtual reality, VR) qurğularının qlobal tədarük həcmi 5 milyondan bir qədər çox gözlənilir. Lakin AR və VR texnologiyaları sürətlə populyarlaşır və 2025-ci ilədək bu bazarın həcmi 8 dəfədən çox artacaq.
AZƏRTAC xəbər verir ki, “TrendForce” analitik şirkətinin mütəxəssisləri bu proqnozla çıxış ediblər.
Mütəxəssislər hesab edirlər ki, yeni qurğuların çıxarılması AR/VR sənayesinin sürətli inkişafına imkan yaradacaq. 2021-2022-ci illərdə “Apple”, “Huawei” və “Samsung” daxil olmaqla bir neçə populyar brendin artırılmış və ya virtual reallıq qarniturları təqdim edəcəyi gözlənilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, tədarük həcmi hər il 53,1 faiz yüksələcək və 2025-ci ilədək 43 milyonu ötəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]