Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar əlili: Ayağa qalxmaq istəyəndə ayağımın qan içində olduğunu gördüm...

Bakı, 19 yanvar, AZƏRTAC

O gecə Bakı daha narahat və izdihamlı idi. Küçələrdə həmişəkindən daha çox insan var idi. Şahlar işdən qayıdandan sonra bir qədər dincəlmək istəyirdi. Həmin gün gecə saat 12-də Salyan kazarmasının yaxınlığındakı dairədə sovet qoşunlarının şəhərə girməsinin qarşısını almaq üçün növbə çəkən iş yoldaşlarını əvəz etməli idi. O, işdən sonra Alatavada kirayədə yaşadığı mənzilə getsə də, özünü narahat hiss edib, növbəni dəyişmək vaxtından xeyli əvvəl yoldaşlarının yanına gəlib.

“Qış olsa da, hava o qədər də soyuq deyildi. Paltosuz-kurtkasız, başıaçıq olanlar da var idi”, - deyə Şahlar 1990-cı il yanvarın 19-u gecəsini xatırlayır: “Təxminən saat 12-nin yarısında göyə fişəng buraxıldığını gördük. Bundan bir az sonra bir də təkrar olundu. Növbəni qəbul edib, yoldaşları əvəz etdik. Ətrafda tonqal qalanmışdı, hər şeydən xəbərsiz halda küçədə dayanmışdıq. Bir qədər sonra yenə də çoxlu fişənglərin atıldığını gördük. Salyan kazarması tərəfdən də fişənglər atıldı. Gecədən xeyli keçmiş bir tank gəlib, əliyalın adamların dayandığı dairənin yaxınlığından dövrə vurub qayıtdı. Gecənin yarısı fişənglərin camaata doğru atılmasına başlanıldı, bundan sonra yüzlərlə insanın dayandığı ərazini tərk edənlər olsa da, orada yenə də xeyli adam var idi. Bir az sonra ətrafda işıqlar söndü və camaatın dayandığı əraziyə partlayanda tüstü verən atəş açıldı. Salyan kazarmasından tanklar çıxmağa başladı. Qəflətən həm kazarmanın içindən, həm də haradansa camaatı atəşə tutdular. Bir də onda hiss etdim ki, yanımda dayananların hamısı yerə yıxıldı. Mən də yaxınlıqdakı çalaya yıxıldım. Təxminən on dəqiqə müxtəlif silahlardan camaatın üstünə atəş açıldı. Sakitlik yaranan kimi ayağa qalxmaq istəyəndə gördüm ki, tanklardan düşüb gələn silahlı rus əsgərləri avtomatın qundağı ilə ətrafda qətlə yetirilənlərin bir neçəsinin cənazəsini o yan-bu yana çevirib baxdılar və sonra çıxıb getdilər. Çalaya düşdüyüm və güllələnmiş avtobusun arxasında olduğum üçün məni görmədilər. Ayağa qalxmaq istəsəm də, bacarmadım, əlimi ayağıma doğru uzadanda qan içində olduğumu gördüm. Ətrafda təkəm-seyrək addım səsləri eşidilirdi. Sağ qalanlar və yüngül yaralananlar hadisə yerindən uzaqlaşmağa başlayırdılar. Yaxınlıqdan keçənləri kömək etməyə çağırdım, onlar məni həmin ərazidə olan həyət evlərindən birinə gətirdilər. İçəri girəndə mənzilin yaralılarla dolu olduğunu gördüm. Yerli sakinlər mənzildə olan yorğanın, döşəyin üzünü cırıb onların yaralarını sarıyırdılar. Burada mənə də ilkin tibbi yardım göstərildi. Səhərə yaxın hava işıqlaşanda bizi ara yollarla taxtaların üstündə 1 nömrəli Kliniki Tibbi Mərkəzə çatdırdılar. Dilim-ağzım quruduğundan yolboyu tez-tez su istəyirdim”.

Şahlar Həsənov gənclik illərində qalan həmin dəhşətli hadisəyə dair AZƏRTAC-ın müxbiri ilə söhbətinə belə davam edib: “Xəstəxana yaralılarla dolu olduğundan palatalarda boş yer yox idi. İki gün xəstəxananın dəhlizində qaldım. Yaram getdikcə daha çox incidirdi. Həkimlər gecəli-gündüzlü əməliyyat aparsalar da, yaralıların sayı azalmırdı. Yalnız yanvarın 23-də cərrah-travmotoloqlar Cavidan Bektaş və Vaqif Hüseynov məni əməliyyata götürdülər. Güllə topuğumdan dəyib dizimə qədər işləmişdi. Həkimlər ayaq sümüyümün zədələnmiş 7 santimetrlik hissəsini kəsib götürsələr də, amputasiya olunmaq istəmirdim. Xəstəxanada səkkiz ay müalicə olunsam da, yaram sağalmırdı. Tez-tez irinləyir, dava-dərman edəndən sonra bir müddət yaxşılaşır, sonra yenidən irin əmələ gəlirdi. Həkimlərin icazəsi ilə iki ay doğma Kəlbəcərə getdim, hərəkət etmək yalnız çəliyin köməyi ilə mümkün idi. Bir gün xəstəxanadan zəng edərək Kurqandan məşhur cərrah-ortoped Qavril İlizarovun tələbələrindən olan Əhməd Əhmədzadə adlı bir həkimin məni əməliyyata dəvət etdiyini xəbər verdilər. O, məni əməliyyat edib ayaq sümüyümü uzatsa da, üstündən uzun müddət keçməsinə baxmayaq, bitişmə alınmadı. 1991-ci ilin avqustunda məni əməliyyat üçün Türkiyəyə göndərdilər. İstanbulda əməliyyat olundum, bir ay xəstəxanada, iki ay Zeytunburnu sanatoriyasında müalicə olunandan sonra nəhayət ki, çəliksiz yeriməyə başladım”.

Üstündən uzun illər keçsə də, Şahların aldığı yara hələ də tam sağalmayıb, üç-dörd ildən bir müalicələrini davam etdirir. O, 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirəndən sonra təyinatla göndərildiyi Neft-Qaz Layihə İnstitutunda mühəndis-konstruktor işləyib. Məşum gecədə aldığı yara onun bütün arzularını ürəyində qoyub, Şahların həyatını dəyişib. Qəbul etdiyi dava-dərmanlar onun mədə-bağırsaq sistemində də kəskin dəyişikliyə səbəb olub, indi o, həm də xroniki pankreatit xəstəsidir. “Azadlıq uğrunda mübariz” medalına layiq görülən ilk qəhrəmanlardan olan Şahlar ötən il əlilliyə görə təqaüdə çıxıb. Üçüncü dərəcəli əlildir. 20 Yanvar hadisələrində yaralandığına görə 2012-ci ildə "NAZ-Lifan" markalı avtomobillə təmin olunub, Prezident təqaüdü alır.

İki qız atası olan Şahlar baba olmaq arzusu ilə yaşayır. Böyük qızı Gülxar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, kiçik qızı Şəhla Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Hər ikisi xoşbəxt ailə həyatı qurub. 25 yaşında tuş gəldiyi hadisə - sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən əliyalın sakinləri gülləboran etməsi onun qəlbində ən ağrılı və unudulmaz hadisə kimi silinməz iz qoyub. O, tez-tez Şəhidlər xiyabanına üz tutur, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxan günahsız qurbanların əziz xatirəsini yad edir.

20 Yanvar hadisələrinin şahidi deyir: “Mənə ən çox xoş gələn odur ki, 36 il keçməsinə baxmayaraq, xalqımız həmin gecənin qurbanlarını unutmur, hər il böyük hörmət və ehtiramla onları ziyarət edir, xatirələri həmişə əziz tutulur. Bir də ən çox ona sevinirəm ki, onların arzuları yerdə qalmadı. Bu gün Azərbaycan müstəqildir, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, torpaqlarımız azaddır. Hesab edirəm ki, bundan böyük nemət ola bilməz”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür