20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş cinayətdir
Qazax, 15 yanvar, AZƏRTAC
Qazaxda Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi insan hüquqlarının pozulması kontekstində” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
“Dəyirmi masa”da mövzu ilə bağlı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov məruzə edib. O, tədbir iştirakçılarını 20 Yanvar hadisələrinin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olması, xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsi və dünya ictimaiyyətinə çatdırılması, Ümummilli Liderin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra bu hadisəyə hüquqi- siyasi qiymət verilməsi barədə ətraflı məlumatlandırıb.
Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı öz fikir və mülahizələrini söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]