20 Yanvar faciəsi xalqımıza qarşı əsl soyqırımı idi
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. İyirmi dörd il bundan əvvəl xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətənin mərd övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gəlmiş paytaxt sakini Cəmil Əliyev AZƏRTAC-a müsahibəsində demişdir. O, keçmiş sovet imperiyasının silahlı dəstələri tərəfindən günahsız insanların qətli ilə nəticələnən görünməmiş vəhşiliklərin bilavasitə şahidi olduğunu bildirmişdir.
Silahlı dəstələrin tərkibində ermənilərin də iştirak etdiyini vurğulayan Cəmil Əliyev bu hadisələrin əslində Azərbaycan xalqına qarşı soyqırımı olduğunu bildirmiş, eyni zamanda, şəhidlərimizin qanının yerdə qalmayacağını nəzərə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]