20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi bəşəriyyətin tarixində qara səhifədir. Milli azadlıq, öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, totalitar sovet rejiminin süqutu ərəfəsində kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması bu rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş filologiya elmlər namizədi, dosent Ziyəddin Məhərrəmov AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, 1990-cı ilin Yanvar qırğını Azərbaycan xalqının iradəsini, onun milli azadlıq uğrunda mübarizə aparmaq əzmini qıra bilmədi. O dəhşətli gecədə həlak olmuş Vətən oğulları Azərbaycanın tarixinə şanlı və parlaq bir səhifə yazdılar. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Şəhidlərimizlə qürur duyuruq və onların müqəddəs məzarlarını ziyarət etmək hər bir azərbaycanlının mənəvi borcudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]