20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar İsmayıllıda gənc velosipedçilərin yürüşü təşkil olunub
İsmayıllı, 16 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar İsmayıllıda gənc velosipedçilərin yürüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, fəal gənclərin təşkilatçılığı ilə 45 nəfər velosipedçinin reallaşdırdığı yürüş Heydər Əliyev adına mərkəzi meydandan başlanıb.
Bununla bağlı keçirilən mərasimdə çıxış edənlər 27 il əvvəl sovet imperiyasının Bakıda əliyalın insanlara qarşı törətdiyi qanlı faciədən, xalqımızın azadlıq istəklərindən danışıblar.
Sonra mərkəzi meydandan start götürən velosipedçilər küçələrdən keçərək “Şəhidlər xiyabanı”nadək yol qət ediblər. Yürüş iştirakçıları burada şəhid məzarlarını ziyarət ediblər. Daha sonra geriyə mərkəzi meydana qayıdıblar.
Yürüş iştirakçılarına rayon gənclər və idman idarəsinin xatirə diplomları verilib.