20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ ORTA ASİYADA VƏ QAZAXISTANDA QEYD OLUNACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı Azərbaycanın Özbəkistandakı səfirliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçiriləcək, onlara faciə haqqında məlumat toplusu paylanacaqdır.
Ölkəmizin Qazaxıstan və Türkmənistandakı səfirliklərində də faciə ilə əlaqədar anma mərasimləri təşkil olunacaqdır.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Almatıdakı “Turan” Konqresi, Astanadakı “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzi, Bişkekdəki “Azəri” Cəmiyyəti və Düşənbədəki Azərbaycan Mədəniyyət Mərkəzi qanlı Yanvar faciəsinin ildönümünü geniş qeyd edəcəklər.
Mərasimlərə azərbaycanlılarla yanaşı, digər diasporların və yerli xalqların nümayəndələri dəvət olunacaqlar. Tədbirlərdə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dua oxunacaq, ehsan veriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]