20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ TBİLİSİDƏ QEYD OLUNMUŞDUR
Gürcüstan azərbaycanlılarının Tbilisidəki mədəniyyət mərkəzində 1990-cı il yanvarın 20-də imperiya ordusunun Bakıda törətdiyi qırğının on beşinci ildönümü qeyd edilmişdir. Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar faciəsi barədə hazırladığı fotosərgi və videofilm nümayiş etdirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tbilisi Cümə məscidinin imamı şəhidlərin ruhuna dua oxumuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamı diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, o müdhiş günlərdə - Azərbaycanın haqq səsinin dünyaya yayılmasına imkan verilmədiyi bir şəraitdə ümummilli liderimiz Heydər Əliyev həyatını təhlükədə qoyaraq respublikamızın Moskvadakı nümayəndəliyinə gedib, geniş mətbuat konfransı keçirərək Sovet imperiyası rəhbərlərinin azadlıq mübarizələrini gülləbaran etməsini, yüzlərlə günahsız adamı qətlə yetirdiklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycan xalqının tarixinə qanlı və şanlı səhifə kimi yazılan 20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizəsinə yeni ruh vermişdir.
Bakıda 20 Yanvar faciəsinin Gürcüstan azərbaycanlılarını da sarsıtdığı, bu günün hər bir azərbaycanlı üçün qeyrət və vətənpərvərlik nümunəsinə çevrildiyi, millətin qan yaddaşının oyanmasında mühüm rol oynadığı, şəhidlərin xatirəsinin daim əziz tutulduğu xüsusi vurğulanmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]