20 Yanvar hadisələri xalqımızın yaddaşında silinməz iz buraxmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Həmin qanlı gecədə Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın qəhrəman oğul və qızlarının dəfn edildiyi Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmişdir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanında paytaxt sakini, təqaüdçü Tofiq Əliyev AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə ittiham etmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir.
Vətənimizin qəhrəman övladlarının əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il Şəhidlər xiyabanını ziyarət etdiyini deyən Tofiq Əliyev bildirmişdir ki, müstəqilliyinə qovuşan Azərbaycan xalqı heç vaxt bu dəhşətli faciəni və o gecənin günahsız qurbanlarını unutmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]