20 Yanvar şəhidləri azadlıq yolunda əbədiyyətə qovuşmuşlar
Bakı, 21 yanvar (AZƏRTAC). 20 Yanvar Azərbaycan tarixinə faciəli bir gün kimi daxil olmuşdur. Qəddar imperiya ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə dəhşətli qırğın törətmişdir. O gecə qəsbkar ordu hər tərəfi sanki güllə yaşışına tutmuşdu, hər tərəf şəhid qanına boyanmışdı. Qara Yanvarı heç vaxt yaddan çıxarmaq olmaz.
Bu sözləri Bakı şəhər sakini İslam Göyüşov AZƏRTAC-a müsahibəsində demişdir. O qeyd etmişdir ki, şəhidlər xalqımızın azadlığı yolunda əbədiyyətə qovuşmuşlar. Vətənin qəhrəman şəhid övladlarının xatirəsi həmişə müqəddəs tutulacaqdır. Bu gün müstəqil respublikamızın nüfuzu dünyada yüksəlmişdir, Azərbaycan öndə gedən ölkələrdən biridir. Qazanılan nailiyyətlərlə sevinir və böyük qürur hissləri keçiririk.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]