20 YANVAR ŞƏHİDLƏRİNİN NURLU XATİRƏSİ UKRAYNADA YAD EDİLMİŞDİR
AZƏRTAC-ın Kiyevdəki müxbiri xəbər verir ki, yanvarın 20-də Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə birlikdə 1990-cı ilin “Qara yanvar” hadisələrinin on beşinci ildönümü ilə əlaqədar tədbir keçirmişdir.
Səfirlikdə qara lent bağlanmış Azərbaycanın dövlət bayrağı matəm əlaməti olaraq endirilmişdi. Diplomatlarımız Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra səfirlik UAK ilə birlikdə Kiyev Zabitlər evində xatirə gecəsi keçirmişdir. Tədbirdə Azərbaycan diplomatları, Ukrayna Prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi, Ukrayna müsəlman və xristian konfessiyalarının başçıları iştirak etmişlər.
Xatirə gecəsində çıxış edənlər vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş müxtəlif millətlərdən olan Azərbaycan övladlarının qəhrəmanlığını yüksək qiymətləndirmişlər. Şeyx İmad Qurandan surələr oxumuş, arxiyepiskop Dmitri, Kiyev patriarxlığı Ukrayna pravoslav kilsəsinin Kiyev Ruhani Akademiyasının rektoru şəhidlərin ruhuna dua etmişlər. Gecədə səfirliyin hazırladığı mətbuat üçün məlumat yayılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]