20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı,həm də tariximizin şanlı səhifəsidir
Bakı, 20 yanvar (AZƏRTAC). Bu gün 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünü dərin hüznlə qeyd edirik. Hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmaq, yad etmək, vətəndaşlıq borcunu qismən də olsa ödəmək üçün müqəddəs məkana - Şəhidlər xiyabanına üz tutanların ardı-arası kəsilmir.
Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gəlmiş Bakı şəhər sakini İlham Aslanov AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı böyük qürur hissi doğurur. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də tariximizin şanlı səhifəsidir. Azadlıq, müstəqillik, doğma Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz ölməz, Vətən bölünməzdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]