“21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı sərgi açılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Milli Kitabxanada “21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr yer alıb.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.
Ənənəvi sərgidə sülh, ədalət, multikulturalizm, tolerantlıq, birgəyaşayış və digər mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, Azərbaycan bəstəkarlarının sülh mövzusunda bəstələdikləri musiqi notları nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.