Beynəlxalq səyahətçilər Ağdamda erməni vandalizmi ilə tanış olurlar VİDEO
Ağdam, 6 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər Cəbrayıl rayonundan sonra Ağdama gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.
Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkədən - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan tanınmış səyyahlar daxildir.