REGİONLAR
Bakı-Quba yolunda maneəyə çırpılan yük avtomobilində yanğın baş verib VİDEO




Siyəzən, 6 fevral, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yük avtomobilində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında “Volvo” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılması nəticəsində təkərində yanğın başlayıb.
Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək avtomobilə keçməsinin qarşısı alınıb. Həmçinin təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyularaq yanğın təhlükəsi aradan qaldırılıb.