Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda məhkəmə arxeologiyası və antropologiyası mövzusunda ilk beynəlxalq konfrans işə başlayıb VİDEO

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın bütün region üçün aktual və yeni elmi istiqamətlərə həsr olunduğunu vurğulayıb. O, beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 il ərzində törədilmiş cinayətlərin arxeoloji və antropoloji baxımdan tədqiqinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Akademik Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda hələ bir neçə il əvvəl Antropologiya Mərkəzinin yaradıldığını xatırladaraq, AMEA-da antropoloji tədqiqatların aparılmasına böyük diqqət yetirildiyini söyləyib. Bildirib ki, bu günlərdə Antropologiya Mərkəzinin son dörd il ərzində apardığı tədqiqatların nəticələrindən ibarət elmi məqalələr toplusunun birinci buraxılışı işıq üzü görüb.

AMEA-nın rəhbəri qeyd edib ki, Antropologiya Mərkəzində fəaliyyət göstərən gənc tədqiqatçıların dünyada antropologiya elmində gedən prosesləri, bu istiqamətdə əldə olunan mühüm elmi nəticələri və beynəlxalq təcrübəni öyrənməsində belə beynəlxalq konfransların böyük önəmi var. “Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məhkəmə-ekspertiza, dövlət təhlükəsizlik sistemi, eləcə də digər inzibati orqanlarda, o cümlədən AMEA-da son illərdə antropologiya və məhkəmə arxeologiyası üzrə tədqiqatlar aparılmaqdadır”, - deyən akademik bu konfrans vasitəsilə qurulacaq əlaqələrin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Prezident İlham Əliyev yürütdüyü xarici və daxili siyasətlə müstəqil Azərbaycanı yeni intibah səviyyəsinə qaldırıb”, - deyən AMEA prezidenti 30 il ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızda törədilmiş vəhşiliklərin ərazilərimizin azad olunmasından sonra araşdırılması üçün görülən işlərdən danışıb. O, bu ərazilərdə erməni vəhşiliklərinin nəticəsi olan kütləvi məzarlıqlardakı meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsində, bu istiqamətdə elmi tədqiqatlara əsaslanan nəticələrin əldə edilməsində problemlərin olduğunu deyərək, bu baxımdan konfransı təşkil edən qurumların birgə fəaliyyətinin önəminə toxunub.

Akademik İsa Həbibbəyli hüquqi, siyasi və elmi əhəmiyyətə malik olan tədbirin məhkəmə arxeologiyası və antropologiyası sahələrində ABŞ, Argentina, Bosniya və Herseqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi-tədqiqatçıları bir araya gətirdiyini söyləyib. Alim bu sahələrin beynəlxalq standartlar, multidisiplinar çərçivə və humanitar yanaşma tətbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulmasını və inkişaf etdirilməsinin hədəfləndiyini diqqətə çatdırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov mühüm elmi istiqamətləri əhatə edən beynəlxalq konfransın işinə uğurlar arzulayıb. Birinci Qarabağ müharibəsində 3890 nəfərin itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alındığını söyləyən İsmayıl Axundov deyib: “Münaqişə ilə bağlı BMT-nin məlum qətnamələrinin icra edilməməsi və Azərbaycanın suveren ərazilərinin 30 il ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılmasına imkan verməyib. Beynəlxalq humanitar hüquq normalarında hər bir itkin ailəsinin öz yaxını barədə məlumat almaq hüququnun təsbit edilməsinə baxmayaraq, Azərbaycan vətəndaşları itkin düşmüş yaxınları barədə 30 il ərzində məlumat ala bilmədiyi üçün iztirab və həsrət çəkib”.

Dövlət Komissiyasının katibi qeyd edib ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratsa da, hazırda bu işə mane olan əsas amil ərazilərin minalar və partlamamış sursatlarla çirkləndirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar Dövlət Komissiyasına məlum olan məzar yerlərində çöl işlərini, o cümlədən qazıntı və ekshumasiya aparmağa imkan vermir, itkin ailələrin iztirablarının uzanmasını şərtləndirir.

O, minalanmış ərazilərin dəqiq xəritələrinin, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatların Azərbaycan tərəfinə təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.

İsmayıl Axundov Ermənistana təhvil verilən şəxslərin sayı haqqında statistik məlumatları da diqqətə çatdıraraq deyib ki, qarşı tərəfə Birinci Qarabağ müharibəsində 500 nəfərdən çox, İkinci Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib.

Bildirilib ki, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib. O, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar prosesin həyata keçirildiyini bildirib. Həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işində, bu istiqamətdə aparılan tədqiqatlarda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşlarının yaxından iştirak etdiklərini vurğulayıb.

“Hazırda Dövlət Komissiyasının qarşısında duran əsas vəzifə Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş bütün şəxslərin taleyinin müəyyən edilməsi, onlara aid olduğu ehtimal edilən məzarlıqlarda qazıntı və ekshumasiya işlərinin davam etdirilməsi, Vətən müharibəsindən sonra tapılmış və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqlarının eyniləşdirilərək ailələrinə təhvil verilməsindən ibarətdir. Bu işin həyata keçirilməsi uzun müddət, əlavə vəsait, kadr resursları, beynəlxalq təcrübənin tətbiqi və bir sıra mürəkkəb prosedurların icrasını tələb edir”, - deyə Dövlət Komissiyasının katibi bildirib.

Tədbirdə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç çıxış edərək məhkəmə tibbi ekspertizasından, təmsil etdiyi qurumun fəaliyyətindən və təcrübəsindən söz açıb. O, əsir və itkin düşmüş insanlar haqqında məlumatların, eləcə də bioloji nümunələrin toplanılmasında müxtəlif ölkələrə kömək göstərdiklərini bildirib.

D.Koiç diqqətə çatdırıb ki, təmsil etdiyi təşkilat itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə yaxından əməkdaşlıq edir.

BQXK təmsilçisi “Azərbaycanda münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin qalıqlarının götürülməsi və identifikasiyası üzrə Pilot layihə”nin həyata keçirilməsinə dəstək verdiklərini də vurğulayıb. O, konfransın bu sahədə həyata keçirilən işlərə və əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfransda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov çıxış edərək məhkəmə arxeologiyası və məhkəmə antropologiyası mövzusunda beynəlxalq tədbirin əsas müzakirə mövzusunun itkin düşmüş şəxslərin taleyi məsələsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti nəticəsində Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması, həmin ərazilərdə qazıntı işlərinin aparılması, aşkarlanan insan qalıqlarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi də tədbirin məqsədləri sırasındadır.

Baş direktor 2022-ci ilin fevralında Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanan insan skeletlərinin tədqiqi üçün institutun əməkdaşlarının əraziyə ezam olunduqlarını və aparılan qazıntı işləri zamanı yeddi skeletin tapıldığını qeyd edib: “Antropoloqlarımızın, Hərbi Prokurorluq və Patoloji Anatomiya Birliyi mütəxəssislərinin verdikləri rəyə görə, bu skeletlər Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində şəhid olmuş döyüşçülərinə məxsusdur”.

Direktor hazırda ekspedisiyanın Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli kəndləri ərazisində tədqiqat işlərini davam etdirdiyini söyləyib.

Konfrans çərçivəsində “Azərbaycanda münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin qalıqlarının götürülməsi və identifikasiyası üzrə Pilot layihə” ilə bağlı professor Abbas Seyidov və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin məhkəmə ekspertizası üzrə koordinatoru Elif Günçe Eskiköyün moderatorluğu ilə kollokvium keçirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov təmsil etdiyi qurumun gördüyü işlər barədə məlumat verərək bildirib ki, Dövlət Komissiyası fəaliyyətinin ilk dövründə BQXK ilə birgə koordinasiyalı şəkildə işləyərək yüzlərlə insanın azad edilməsinə nail olub. “Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsi bizə yeni ümid, yeni strategiya, yeni səhifə açmağa imkan verdi. Ancaq işimizə mane olan əsas amillərdən biri də mina təhlükəsi problemidir. Əminik ki, bugünkü konfransda xaricdən gəlmiş təcrübəli mütəxəssislərin bizə bu sahədə böyük köməyi olacaq. Peşəkar ekspertlər tərəfindən tədbirdə səslənən fikirlər gələcək fəaliyyətdə ciddi prioritet olacaq və stimul yaradacaq”, - deyə E.Səmədov vurğulayıb.

Tədbirdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Hərbi Prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibb baş idarəsinin, ANAMA, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, Fövqəladə Hallar Nazirliyinin və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşları çıxış edərək konfransın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıblar.

Sonra konfrans işini “İtkin düşmüş şəxslərin axtarışı və qalıqlarının götürülməsi prosesinə kompleks yanaşma: Kiprin İtkin düşmüş şəxslərlə əlaqədar Komissiyasının (CMP) təcrübəsi”, “Azərbaycanda məhkəmə arxeologiyası, məhkəmə antropologiyası və insan qalıqlarının postmortem müayinəsi”, “Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar məhkəmə ekspertizası fəaliyyəti” mövzularında panel iclas və müzakirələrlə davam etdirib.

Beynəlxalq konfrans işini mayın 24-də davam etdirəcək.

Bakıda məhkəmə arxeologiyası və antropologiyası mövzusunda ilk beynəlxalq konfrans işə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb