Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Tovuz, 9 sentyabr, R.Novruzoğlu, AZƏRTAC
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Ağstafa rayon sakini Xəyal Musayevin idarə etdiyi “Volkswagen” markalı avtomobil ilə “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü, 29 yaşlı Zeynalabdin Həsənov xəsarət alıb. Yaralı dərhal təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.