UEFA Ermənistan–Xorvatiya oyunundakı təxribatla bağlı araşdırmalara başlayıb VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
UEFA Ermənistan Futbol Federasiyası və yığmanın baş məşqçisi Aleksandr Petrakova intizam işi açıb.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsində İrəvanda Xorvatiya millisinə qarşı keçirilmiş oyunda baş verən hadisələr səbəb olub.
UEFA görüş vaxtı siyasi və təxribat xarakterli mesajların verilməsi, stadionda ictimai keçidlərin bağlanması, azarkeşlərin tribunalarda pirotexniki vasitələrdən istifadə etmələri ilə bağlı araşdırmalara başlayıb.
Aleksandr Petrakov isə oyunun startını ləngitməkdə ittiham olunur.
Qeyd edək ki, Ermənistan-Xorvatiya matçının (0:1) 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin “bayrağı”ı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]