Azərbaycan Dövlət İnformasiya Agentliyi

27 ildən sonra şəhid əmisi oğlunun qisasını alan qazi

Bakı, 19 noyabr, AZƏRTAC

Ötən il sentyabrın 21-də səfərbərliklə təlimlərə çağırıldım. Sentyabrın 29-da isə Vətən müharibəsində döyüşlərə qatıldım. Döyüş yolum Füzuli istiqamətindən başlandı. Sonra Cəbrayıl və Qubadlı istiqamətində hərbi əməliyyatlarda iştirak etdim. Taqım komandiri idim. Müharibədə iştirak zamanı torpaqlarımızın azğın düşməndən təmizlənməsi ilə yanaşı, bir amalım da var idi: Birinci Qarabağ müharibəsində şəhid olan əmim oğlu Ceyhun Babayevin qisasını almaq. Vətən müharibəsi uzun illərdən bəri gözlədiyim arzuma çatmaq üçün bir imkan oldu və mən də bundan lazımınca yararlandım.

Bu barədə AZƏRTAC-a Vətən müharibəsi qazisi, gömrük xidməti baş leytenantı Elnur Babayev deyib.

Qazi sözlərinə belə davam edib: “Əmim oğlu Ceyhun Babayev məndən dörd yaş böyük idi. O, 1993-cü ilin avqustunda Xocavəndin Hadrut qəsəbəsində yerləşən Şişqaya yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Başından ağır yaralansa və çoxlu qan itirsə də, düşmənin yeddi hərbçisini məhv edib. Əsir düşməmək üçün isə son gülləni ürəyinə sıxıb. Mən o zaman yeniyetmə idim. Əmim oğlunun 18 yaşında şəhid olması məni sarsıtmışdı. Onun şücaətindən çox danışırdılar. Həmin dövrlərdə mənfur qonşularımızın xalqımızın başına gətirdiyi müsibətlər, torpaqlarından didərgin düşən soydaşlarımızın çəkdiyi əziyyətlər mənə təsir etmişdi. O zamandan həm Ceyhunun qisasını almağı, həm silahsız, dinc əhaliyə edilən divanın əvəzini çıxmağı, həm də torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak etməyi qarşıma məqsəd qoymuşdum. Vətən müharibəsi isə məqsədimə çatmaq üçün bir fürsət oldu. Ötən il sentyabrın 21-də təlimlərə, ardınca isə döyüşlərə qoşuldum. Sentyabrın 29-dan mənim həyatımın ən vacib sınağı başlandı. 27 ildir gözlədiyim o gün gəlmişdi. Taqım komandiri kimi döyüş yolum Füzuli rayonundan başlandı. Ardınca Cəbrayıl istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdik. Cəbrayıl azad olunandan sonra tapşırığımız Qubadlı istiqamətində oldu. Oktyabrın 9-da Hadrut qəsəbəsinin azad edilməsi xəbərini eşidəndə bütün yorğunluğum, keçdiyim çətinlikləri unutdum. Çünki Şişqaya yüksəkliyi də azad olunmuşdu. Çox istəyərdim ki, həmin əməliyyatın iştirakçısı olum. Lakin əsas o idi ki, Ordumuzun digər bölmələri Hadrut döyüşlərini Qələbə ilə yekunlaşdırmışdılar. O an sanki əmim oğlu Ceyhunun da ruhunun rahatlıq tapdığını hiss etdim. Bu, mənə əlavə ruh yüksəkliyi vermişdi. Döyüşlərdə daha fəal və yüksək əhvalla iştirak edirdim. Niyyətim sonacan getmək idi. Təəssüf ki, oktyabrın 14-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaxınlığıma minaatan mərmisinin düşməsi nəticəsində ağır yaralandım. Qəlpə əsasən sağ tərəfimi tutmuşdu. Sağ qoluma daxil olan qəlpə çiyin və dirsək oynaqlarımı dağıdıb. O cümlədən qəlpə sağ budumu qırıb çıxıb. Azərbaycanda iki ağır əməliyyat keçirdim. Belə ki, yaralandığım gün Füzuli Müalicə Diaqnostika Mərkəzində damar əməliyyatı həyata keçirilib. Səkkiz saat davam edən əməliyyat zamanı ayağımdan damar götürüb qoluma tikiblər. Həmçinin çiynimdəki qəlpə çıxarılıb. Səhəri gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olundum və həmin gün sümük əməliyyatı icra olundu. Bu ilin iyul ayında “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərildim və qardaş ölkədə dirsəyimdən əməliyyat edildim. Ölkəyə qayıdandan iki ay sonra təkrarən müayinəyə göndərildim. Gələcəkdə çiyin əməliyyatı üçün yenidən qardaş ölkəyə gedəcəyəm. Bütün bunlar onu göstərir ki, Vətən müharibəsində canını, qanını fəda edənlər unudulmurlar. Şəhidlərimizin adı əbədiləşdirilir, onların ailələri diqqətdə saxlanılır, qazilərə qayğı göstərilir. Əmim oğlu Ceyhun Babayevin də adı illər əvvəl təhsil aldığı Astara şəhər 3 saylı orta məktəbə verilib. Bu ənənə əvvəldən var və indi də davam edir. Çox sevindiricidir ki, gələcək nəsillər şəhidləri, qaziləri tanıyaraq böyüyürlər. Döyüşlər zamanı da gənclərimizdəki vətənpərvərlik hisslərini, gözlərində alovlanan nifrəti görəndə anladım ki, həqiqətən də yetişən nəsil düzgün istiqamətdə tərbiyə olunur. Düşmən öz xislətini dəyişməyəcəyinə görə, hər bir azərbaycanlı evində müsəlləh əsgər yetişdirməli, övladlarımız qəhrəmanların həyat və döyüş yolunu özlərinə nümunə kimi müəyyənləşdirməlidirlər. Mən özüm də övladlarıma daim Vətənə məhəbbət hissi, xalqa, millətə faydalı vətəndaş olmağı aşılamışam. Müharibəyə yollananda da onları Vətənə əmanət qoyub getdim. Bilirdim ki, mənə nəsə olsa, dövlətimiz ailəmə, övladlarıma sahib çıxacaq. Sevinirəm ki, həm əmim oğlunun qisasını aldım, həm xalqımızın başına gətirilən vəhşiliklərin əvəzini çıxdım, həm də Qələbədə pay sahibi oldum”.

E.Babayev deyib ki, Türkiyədə xəstəxanada olarkən onun üçün ən böyük sürpriz “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktarın ziyarət etməsi olub: “O, mənə və digər müalicə alan qazilərimizə Qarabağ müharibəsində xidmət etmiş personal üçün hazırlanan xatirə markalarını təqdim etdi. Markanın üzərində Türkiyə və Azərbaycan bayraqları qarşısında “TB2” PUA-sı olan foto əks olunub. Bu, mənim üçün ən gözəl hədiyyələrdən biridir”.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Babayev Elnur Əlihüseyn oğlu 1979-cu il iyulun 24-də Astara şəhərində anadan olub. Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölkə başçısının sərəncamları ilə “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Hazırda Dövlət Gömrük Komitəsində gömrük xidməti baş leytenantı kimi fəaliyyətini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO