FHN: Ötən sutka ərzində 16 nəfər xilas edilib, yanğınlar zamanı 3 nəfər xəsarət alıb VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən həftəsonu 33 halda yanğına çıxış, 13 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən şənbə və bazar günləri ərzində 6-sı azyaşlı olmaqla 16 nəfər xilas olunub, yanğınlar zamanı 3 nəfər xəsarət alıb.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.