Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ağdam Azərbaycanın ən iri, müasir və inkişaf etmiş şəhərlərindən biri olacaq” - Prezidentin xüsusi nümayəndəsinin müavini VİDEO

Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür

Ağdam, 20 noyabr, AZƏRTAC

Üç il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı qətiyyətli 44 günlük şanlı Zəfər savaşı nəticəsində məğlubiyyətə uğrayıb ağ bayraq qaldıran və kapitulyasiya aktına qol çəkən Ermənistan rəhbərliyi 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun Azərbaycan Respublikasına qaytarılması barədə öhdəlik götürdü. Və elə həmin tarixdən də Ağdam öz azadlığına qovuşdu. İnsanların, şəhərlərin, kəndlərin taleyində çox bayramlar, çox əziz günlər olur. 20 noyabr günü Ağdam camaatının, Ağdamın ən əziz günlərindən biri, bəlkə də birincisidir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev söyləyib.

Bu il əlamətdar bayramın müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunduğu “Heydər Əliyev İli”nə təsadüf etdiyini xatırladan B.Hacıyev deyib: “Belə bir əziz gündə Ulu Öndərimiz və rəşadəti, qəhrəmanlığı, canı, qanı bahasına yurdumuzu azadlığına qovuşduran mərd şəhidlərimizi də ehtiramla anırıq. Bəli, bu gün biz çox qürurluyuq, alnıaçıq, üzüağıq. Bu gün biz torpaqları 30 il düşmən işğalında qalıb, onu cəmi 44 gün, 23 saat 43 dəqiqəyə tam azad edən və öz gücü, qəhrəmanlığı sayəsində suverenliyini tam bərpa edən bir xalqın övladı, cəsur ölkənin vətəndaşlarıyıq. Fəxarət hissi keçiririk ki, bizim belə mərd xalqımız, Müzəffər Ali Baş Komandanımız, yenilməz Ordumuz, güclü Dövlətimiz, qüdrətli Ölkəmiz - Azərbaycanımız var!”.

O bildirib ki, Ağdam Qarabağın iri sənaye şəhəri, giriş qapısı olub: “Təəssüf ki, erməni faşizmi bu qədim yurdu ruhlar şəhərinə, Qafqazın Xirosimasına çevirdi. Ən çox dağıntıya məruz qalan da, ən çox minalarla zibillənən məskənlərimizdən biri də Ağdamdır. Prezidentimizin təbirincə desək, qısa zamanda bu ərazilərdə əsl cənnət yaradılacaq, bərpa və yenidənqurmadan sonra Ağdam Azərbaycanın ən iri, müasir və inkişaf etmiş şəhərlərindən biri olacaq. Bu gün artıq dövlət başçısının rəhbərliyi ilə bu işlərə start verilib və biz var gücümüzlə işləri davam etdiririk”.

2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyduğunu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdüyünü söyləyən B.Hacıyev qeyd edib ki, Ağdamda görülən və görüləcək işlər hər kəs üçün maraqlıdır. “Ona görə də qısaca olaraq bu barədə məlumat vermək istəyirəm. Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. Ümumiyyətlə, Ağdam rayonu üzrə bir çox layihənin icrası nəzərdə tutulur. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub. Müasir Ağdamın mərkəzi hissəsi 2026-cı ildə formalaşdırılacaq. Müasir Ağdam keçmiş Ağdam şəhəri və ətrafındakı səkkiz kənddən ibarət olacaq. Ağdamda 5 yaşayış məhəlləsi tikiləcək, “Zəfər” və açıq hava altında “İşğal” muzeyləri fəaliyyət göstərəcək. “İşğal” muzeyi məscidin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya olunacaq və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və acı işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən söhbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər”, - deyə o bildirib.

Prezidentin xüsusi nümayəndəsinin müavini görüləcək işlərdən danışarkən əlavə edib ki, Ağdamda aparılan tikinti-bərpa və yenidənqurma işlərinə geniş yol şəbəkəsinin yaradılması, magistral qaz və su xətlərinin çəkilməsi də daxildir. Prezident İlham Əliyev 2021-ci ildə Ağdam-Bərdə avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib, 2022-ci ildə Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub, Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub. Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək. Şəhərdaxili yollarda rahat hərəkəti təmin etmək üçün piyada, velosiped və ictimai nəqliyyatın hərəkət edəcəyi avtobus yolları, tıxacın qarşısını almaq üçün parkinq zolaqlarının tikintisi nəzərdə tutulub. Layihənin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

“Ağdamda, həmçinin Muğam Mərkəzi, hotellər, Mərkəzi və Meşə parkı da fəaliyyət göstərəcək. Şəhərin istirahət zonasında süni göl yaradılacaq və ətrafı bulvar, meşə parkı olacaq. Şəhər əhalisini istiliklə təmin etmək məqsədilə qazanxana komplekslərinin tikintisi planlaşdırılır. Bir sözlə, Ağdam həqiqətən Azərbaycanın ən müasir və mötəbər ünvanlarından biri, modern şəhərlərindən olacaq”, - deyən B.Hacıyev bildirib ki, bütün bu işlər dövlət başçısının ciddi nəzarəti altında həyata keçirilir: “Belə ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimlərində iştirak edib. 2022-ci il fevralın 14-də isə Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoyub. Ağdam Sənaye Parkı müxtəlif istehsal müəssisələrinin fəaliyyətini təmin etməklə yanaşı, bura köçürüləcək əhalinin məşğulluğu istiqamətində mühüm rola malik olacaq.

Onun sözlərinə görə, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan su anbarından suvarılan, ümumilikdə, 7000 hektar torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarının torpaq bəndi, qülləli suburaxıcı və şaxtavarı sutullayıcı qurğular, magistral kanalın başlanğıc 6,64 kilometr hissəsi hidrotexniki qurğularla birlikdə təmir-bərpa olunub, eyni zamanda, yeni inzibati binası, təmir emalatxanası və nasosxana tikilib.

“Hamımız üçün bu əziz gündə “Ağdam müqəddəslik ünvanıdır” desəm yanılmaram. Ağdamda Pənahəli xanın, Natəvanın digər tarixi şəxsiyyətlərin türbələri, İmarət kompleksi, tarixin şahidləri olan nə qədər abidələr, eləcə də tarixi yerlər mövcuddur. Bunların hamısı bərpa ediləcək. Nə yaxşı ki, biz indi bunlar haqqında 3 il bundan öncə olduğu kimi keçmiş zamanda deyil, indiki zamanda, elə o müqəddəslik beşiyi olan Ağdamın özündə danışırıq, qayıdışımızı bayram edirik”, - deyə Prezidentin xüsusi nümayəndəsinin müavini vurğulayıb.

“Ağdam Azərbaycanın ən iri, müasir və inkişaf etmiş şəhərlərindən biri olacaq” - Prezidentin xüsusi nümayəndəsinin müavini VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub