Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb VİDEO
Lerik, 26 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, yanğın Lerik -Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.
"Yanğın bir neçə ərazidə baş verib. Hazırda yanğın 1,5 hektar ərazini əhatə edir. Güclü külək olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının qarşısını almağa çalışırlar".
Qeyd edək ki, FHN -nin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədilər.
Əlavə məlumat veriləcək.