İki memarın ərsəyə gətirdiyi “Xalqlar dostluğu” stansiyası VİDEO

Bakı, 3 aprel, AZƏRTAC
AZƏRTAC-ın “Əziz bakılılar və şəhərimizin qonaqları” layihəsi çərçivəsində növbəti videomaterial Bakı metrosunun “Xalqlar dostluğu” stansiyasından hazırlanıb. Şəhər mərkəzindən təxminən 30 dəqiqə məsafəyə qət edilən, Rasim Əliyev və Akif Abdullayevin memarı olduğu “Xalqlar dostluğu” stansiyası 35 il əvvəl - 1989-cu ildə açılıb. Stansiyanın dizaynında multikultural elementlər xüsusilə diqqət çəkir. Bu əsərdə insan və cəmiyyət mövzusu yer alıb. “Xalqlar dostluğu”nun işıqlandırılması da digər stansiyalardan xüsusi fərqlənir. Belə ki, tavandakı halqalar və sütunların üst hissəsindəki işıqlar sözün əsl mənasında stansiyaya parlaqlıqla bahəm xoş bir ovqat qatır. Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin “Bəxtiyar” filmindəki “Əziz dost” mahnısından fraqment səslənir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.