Ağsu dolaylarındakı sürüşmə zonasına ağır texnika və canlı qüvvə cəlb olunub VİDEO
Ağsu, 20 may, Rəşad Türkoğlu, AZƏRTAC
Ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmənin baş verdiyi əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda sürüşmənin qeydə alındığı yolun 147-ci kilometrliyində çökən asfalt qatı və çiyin hissəsindəki torpaq qazılaraq ərazidən kənarlaşdırılır. Paralel olaraq xüsusi material, daş-çınqıl gətirilir. Günün ikinci yarısında yolda asfaltlanma işlərinin aparılması planlaşdırılır.
Hazırda 147-ci kilometrlikdə yolun hər iki zolağı tam bağlanıb, avtomobillər yolun torpaq hissəsindən növbəli keçməklə hərəkət edirlər.
Ərazidə xidmət aparan polis avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.