Ceyhun Bayramov: Azərbaycan ilə Serbiya arasında dostluq əlaqələri beynəlxalq müstəvidə əməkdaşlığın inkişafına təkan verir VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan və Serbiya arasında mütəmadi şəkildə ali görüşlər keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 2-də Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
O bildirib ki, Azərbaycan ilə Serbiya arasında dostluq əlaqələri həm ikitərəfli münasibətlər baxımından, həm də beynəlxalq müstəvidə əməkdaşlığın inkişafına təkan verir. Dövlətlərimiz qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü müdafiə edir.