Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Müstəqillik Günü Varşavada qeyd olunub VİDEO

Vyana, 26 may, AZƏRTAC

Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən Varşavada məşhur Bristol mehmanxanasında rəsmi qəbul keçirilib. Tədbir məkanının ilk sahibinin Paris Sülh Konfransında Azərbaycan diplomatları ilə görüşən Polşa nümayəndə heyətinin rəhbəri İqnasi Yan Paderevskinin olması rəsmi qəbulun təqdimatı baxımından rəmzi mahiyyət daşıyıb.

AZƏRTAC xəbər verir ki, qəbulda Polşanın xarici işlər nazirinin müavini xanım Anna Radvan-Rörenşef, Polşa seyminin vitse-marşalı, nazir müavinləri, baş prokuror və sərhəd xidməti rəisinin müavinləri, hökumət, seym və senatın üzvləri, dövlət qurumlarının təmsilçiləri, universitet rektorları, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və digərləri iştirak ediblər.

Əvvəlcə Frederik Şopen adına Musiqi Universitetinin tələbəsi, Rudolf Petrak Beynəlxalq Vokal Müsabiqəsinin qalibi Konstança Molevska tərəfindən Azərbaycan Respublikası və Polşa Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından danışıb, 1918-ci il mayın 28-də bütün Türk və müsəlman dünyasında AXC-nin ilk demokratik dövlət kimi qurulduğunu qeyd edib. Səfir bildirib ki, AXC-nin parlamenti qəbul etdiyi 230-dan artıq qanun və qərarla dövlət institutlarının qurulması, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması, əsas insan hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyi və səmərəli məhkəmə sisteminə əsaslanan dünyəvi demokratik dövlətin formalaşdırılması istiqamətində ciddi işlər görüb. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına səsvermə hüququ verən AXC qadınlara kişilərlə bərabər siyasi və seçki hüququ təmin ilk dövlətlərdən olub. Polşa AXC-ni tanıyan 23 dövlətdən biri olub. 1919-cu ilədək 16 dövlətin, o cümlədən Polşanın Azərbaycanda diplomatik nümayəndəliyi yaradılıb.

Səfir, eyni zamanda, AXC-nin müxtəlif strukturlarında xidmət etmiş polyakəsilli dövlət xadimlərini xatırlayıb. Qeyd olunub ki, Cümhuriyyətin Xarici İşlər Nazirliyi Katibliyinin rəhbəri Meçıslav Rudjinski, İnformasiya Bürosunun əməkdaşı Aqqe Kşıkovski, kartoqraf Pavel Koqnovitski, həmçinin Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətində təmsil olunmuş Vitold Marçevski polyakəsilli olublar. AXC-nin xarici işlər naziri Məmməd Yusif Cəfərovun həyat yoldaşı Katarjina (Yekaterina) Puxarskanın polşalı əsilzadə ailəsindən olduğu vurğulanıb. AXC-yə güclü dəstəyin əlaməti olaraq Titus Filipoviçin başçılıq etdiyi Polşa nümayəndə heyətinin bolşevik işğalından, sadəcə, dörd gün əvvəl – 1920-ci il aprelin 24-də Bakıda olduğu diqqətə çatdırılıb.

N.Qurbanova daha sonra qeyd edib ki, Azərbaycanın müstəqilliyinin elan olunmasından 107 il, müstəqilliyinin bərpa olunmasından isə 34 il ötür. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara söykənən praqmatik daxili və xarici siyasətin əsasında məhz Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dayanır. Azərbaycanın həyata keçirdiyi siyasətin təkcə ölkəmizi deyil, bütün regionu dəyişdiyi, dövlətimizin tarixdə heç vaxt olmadığı qədər güclü olduğu vurğulanıb. Həmçinin Ermənistanın uzun illər davam edən işğalına soy qoyulduğu, torpaqlarımızın azad edildiyi bildirilib, regionda sülh, təhlükəsizlik və tərəqqi üçün tarixi fürsətin yarandığı diqqətə çatdırılıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyanın qəbulunun 30-cu ildönümü və ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpasının 5 illiyi münasibətilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub.

Çıxışının sonunda səfir Polşa ilə mövcud olan yüksəksəviyyəli ikitərəfli əlaqələrdən də danışıb.

Fəxri qonaq qismində çıxış edən Polşanın xarici işlər nazirinin müavini xanım Anna Radvan-Rörenşef nazir Radoslav Şikorskinin təbriklərini çatdırıb. O, münasibətlərin tarixinə nəzər salaraq qeyd edib ki, Polşa Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk dövlətlərdən olub. Rəsmi qəbulun ümumi tariximizi əks etdirməklə yanaşı, Polşa ilə Azərbaycan arasında güclü dostluğu və gələcəyə hesablanmış tərəfdaşlığı bir daha təsdiqlədiyini söyləyib. Əlavə edib ki, Varşava logistika, təhsil və enerji sahələri də daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində böyük potensial görür. Orta Dəhlizin inkişafı iqtisadi inteqrasiya üçün yeni imkanlar açır və Polşa Azərbaycanın strateji rolunu dəstəkləyir.

Nazir müavini, habelə Cənubi Qafqazda sülh prosesi ilə bağlı son nailiyyətləri alqışladıqlarını vurğulayıb. Polşanın Azərbaycanı təkcə etibarlı dost kimi deyil, həm də təhlükəsiz, sabit və firavan regionun qurulmasında mühüm tərəfdaş kimi gördüyünü qeyd edən A.Radvan-Rörenşef sonda milli bayram münasibətilə Polşa xalqı adından təbriklərini bir daha ifadə edib.

Polşada səfərdə olan Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu da rəsmi qəbula təşrif buyurub, xoş arzularını və təbriklərini çatdırıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Azərbaycanın Müstəqillik Günü Varşavada qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib