AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib VİDEO
Bakı, 22 iyul, AZƏRTAC
Milli mətbuatımızın yaranmasının 150-ci ildönümü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı ziyarət edilib, önünə güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi dərin ehtiramla anılıb.