Milli Məclisin sədri: Ötən 30 ildə Xorvatiya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Parlamentlərimiz arasında dostluq qrupları fəaliyyət göstərir. Qrup üzvlərinin qarşılıqlı səfərləri artırıla və beynəlxalq parlament platformalarında əməkdaşlıq genişləndirilə bilər. Komitələrarası təcrübə mübadiləsi, xüsusən iqtisadiyyat, enerji, nəqliyyat, sahibkarlıq, təhsil və mədəniyyət sahələrində faydalı olacaq.
Bu gün Azərbaycan Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə keçirilən brifinqdə söyləyib.
O vurğulayıb ki, ötən 30 ildə əlaqələr müxtəlif sahələr üzrə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Əsas məqsədimiz xalqlarımızı bir-birinə yaxınlaşdırmaq və ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməkdir”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 13.06.2026 [11:27]