Azərbaycanın xarici siyasət kursu beynəlxalq münasibətlərdə unikal nümunə kimi çıxış edir VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Müasir dövrdə dünya siyasətində ciddi geostrateji dəyişikliklər baş verir. Qlobal və regional güclər arasında ixtilaflar artır, beynəlxalq münasibətlər sistemində gərginlik davam edir, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma hökm sürür. Buna görə də beynəlxalq münasibətlər sistemində yeni çağırışlar meydana gəlir. Belə bir vaxtda dövlətlərin həyata keçirdikləri müstəqil daxili və xarici siyasət onların beynəlxalq münasibətlər sistemində yerini və rolunu müəyyənləşdirir. Bu nöqteyi-nəzərdən Azərbaycanın milli maraqlara uyğun, müstəqil və balanslaşdırılmış xarici siyasəti ölkəmizin regional və qlobal arenada mövqelərini gücləndirir.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.