Mehmet Süreyya Er: Türk dünyasında əməkdaşlıq getdikcə daha sürətlə genişlənir VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Türk dünyasında əməkdaşlıq getdikcə daha sürətlə genişlənir, inkişaf edir və möhkəmlənir. Bu prosesdə dövlət başçılarımızın güclü iradəsinin rolu çox böyükdür. İnşallah, bundan sonra da eyni istiqamətdə birgə və ortaq hədəfə doğru türk olaraq daha da böyüyəcəyik
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 15-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş ofisində təşkilatın keçmiş Baş katibi Mehmet Süreyya Er deyib.
O, həmçinin qeyd edib: “Hamınıza məlum olduğu kimi, TÜRKPA türk əməkdaşlıq təşkilatları arasında parlament səviyyəsində fəaliyyət göstərən bir qurumdur. Hər bir təşkilatın öz səlahiyyət sahəsində həyata keçirdiyi fəaliyyətlər nəticə etibarilə “2040 vizyon” sənədində ifadə olunan məqsədlərə yaxınlaşmağımıza şərait yaradır”.