QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru: Əməkdaşlıq Forumu fikir mübadiləsi aparmaq üçün bir platformadır VİDEO
Xankəndi, 20 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının III Əməkdaşlıq Forumu keçirilir. 2023-cü ildə başlayan bu platforma ilk olaraq Bakı şəhərində, sonra Zəngilanda, üçüncü isə Azərbaycanın suverenliyinin bərpa olunduğu Xankəndi şəhərində baş tutur. Bu forum QHT, vətəndaş cəmiyyətlərinə fikir mübadiləsi aparmaq, yeni hədəfləri müzakirə etmək üçün bir platformadır.
Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
“Forumdan əvvəl Xocalıda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib. Sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri ilə tanışlıq olub. Forum bu gün işinə yekun vuracaq”, - deyə A.Əliyeva bildirib.