Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moldovada yaşayan azərbaycanlı gənclərin II forumu keçirilib VİDEO

Kişineu, 5 noyabr, AZƏRTAC

Moldovada yaşayan azərbaycanlı gənclərin II forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Moldovadakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə təşkil olunan II Gənclər Forumunda deputatlar, dövlət rəsmiləri, xarici ölkələrin səfirlikləri, universitet rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Zəfər Günü ərəfəsində keçirilən forum Azərbaycan və Moldovanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, Gənclər Forumu Zəfərimizin 5 illiyinə həsr olunub. Diaspor rəhbəri qeyd edib ki, Moldovada yaşayan azərbaycanlı gənclər ölkənin ictimai-siyasi, mədəni və idman sahəsində aktiv fəaliyyət göstərirlər. Bu forum, həmçinin ötən beş ildə Moldova azərbaycanlılarının gördüyü işlərə qiymət verilməsi və perspektiv istiqamətlərin müəyyənləşdirilməsi baxımından önəmlidir.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxışında qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla icra edilir. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, geniş dünyagörüşünə malik olması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərin əldə edilməsində gənclərin böyük rolu olub. Səfir, həmçinin vurğulayıb ki, Moldovada yaşayan azərbaycanlı gənclər bu ölkənin cəmiyyətinə uğurla inteqrasiya olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev bildirib ki, Gənclər Forumunun Zəfərimizin beşilliyi ərəfəsində keçirilməsi sevindirici haldır. Birinci forumdan ötən beş ildə Moldovada yaşayan azərbaycanlı gənclər hərəkatı inkişaf edib. “Bu gün qalib Azərbaycanın gəncləri olduqca qürurludur. Gənclər siyasəti Müzəffər Ali Baş Komandan İlham Əliyevin prioritet istiqamətidir. Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan gənclərimizin səmərəli fəaliyyəti istiqamətində dəstəyini davam etdirir”, - deyə Ruslan Quliyev əlavə edib.

Daha sonra forumda çıxış edən Türkiyənin Moldovadakı səfiri Uyqar Mustafa Sertel 44 günlük müharibə nəticəsində əldə edilən Zəfəri Türk dünyasının Qələbəsi adlandırıb. O, eyni soykökə, dilə, dinə, mədəniyyətə və tarixi bağlara malik olan xalqlarımızın sevincli, kədərli günlərində hər zaman bir-birinin yanında olduğunu dilə gətirib. Eyni zamanda, Moldovadakı azərbaycanlı gənclərə fəaliyyətində yeni uğurlar arzulayıb.

Moldova parlamentinin deputatları - İnsan Hüquqları və Millətlərarası Münasibətlər Komissiyasının sədr müavini Natalya Davidoviç, Dövlət Maliyyəsinə Nəzarət Komissiyasının sədr müavini Yevgeni Sinkeviç, həmçinin Moldovanın Təhsil və Tədqiqatlar Nazirliyinin dövlət katibi Sergey Qurin azərbaycanlı gənclərin Moldova cəmiyyətinə uğurlu inteqrasiyasından danışıblar.

Forumda Moldova Azərbaycanlı Konqresinin gənclərinin ötən beş ilə dair hesabatı dinlənilib. Gənclərin idman və səhiyyə sahələrində təqdimatı olub.

Tədbirin sonunda forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: “Biz bir neçə gündən sonra Şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Rəşadətli Ordumuz Sizin - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətçiliyimizin müasir tarixinin ən şərəfli səhifəsini yazdı. Xalqımız işğal altındakı torpaqlarını son 200 illik dövrdə ilk dəfə olaraq azad etdi. Azərbaycan gənci Sizin rəhbərliyiniz altında məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək, xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdi və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazdı.

Bu şərəfi bizə yaşadan müzəffər sərkərdəmizə, qüdrətli Ali Baş Komandanımıza – Sizə minnətdarıq.

Moldovada yaşayan azərbaycanlı gənclər Sizi bir daha əmin edir ki, apardığınız uzaqgörən, praqmatik siyasətiniz ətrafında sıx birləşərək Azərbaycanın inkişafında öz bilik və bacarıqlarını əsirgəməyəcək”.

Forumla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən moldovalı deputat Natalya Davidoviç deyib: “Forumda iştirak edən istedadlı azərbaycanlı gəncləri görmək xoşdur. Bu gənclər cəmiyyətimizin tərkib hissəsidir. Bu gənclər dövlətimizin gələcəyini müəyyənləşdirəcəklər. Moldova artıq öz yolunu seçib. Bu yol Avropaya inteqrasiya yoludur. Moldovada yaşayan bütün insanlar demokratiya, hörmət, qarşılıqlı etimad kimi dəyərləri bölüşür. Azərbaycanlıların Gənclər Forumu da bu dəyərlərin inkişafına öz töhfəsini verəcək”.

Moldovanın Təhsil və Tədqiqatlar Nazirliyinin dövlət katibi Sergey Qurin isə bildirib ki, azərbaycanlı gənclər Moldovada çox fəaldırlar: “Hətta azərbaycanlılar arasında Moldovaya Olimpiya medalı qazandıran idmançı da var. Etnik azərbaycanlılar, həmçinin Moldovanın Avropaya inteqrasiyasına dəstək verirlər. Biz bunu görürük. Bu istiqamətdə müxtəlif tədbirlərdə iştirak edirlər. Dəstək və tərəfdaşlığa görə, Moldovada yaşayan azərbaycanlılara təşəkkür edirəm”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Moldovada yaşayan azərbaycanlı gənclərin II forumu keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır