Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xurmanın ixrac coğrafiyası genişlənsə də, məhsulun əmtəə görünüşünün qüsurlu olması tovuzlu bağbanları narahat edir VİDEO

Tovuz, 13 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzun xurma bağlarında kütləvi yığım davam edir. Yaz aylarında hava şəraiti qeyri-sabit və yağıntılı keçsə də, bu, məhsuldarlığa ciddi təsir etməyib və xurma sahələrində bolluq müşahidə olunur. Lakin yayılan xəstəlik və meyvələrin əmtəə görünüşünün qüsurlu olması fermerləri narahat edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuzda 817,5 hektar sahədə xurma bağı salınıb. Onun 510 hektarı bar verəndir. Hazırda yığım davam edir, eyni zamanda, meyvənin xarici ölkələrə ixracı da gerçəkləşdirilir. Bağlardan toplanan xurma əvvəlki illərdə əsasən Rusiya, Belarus və Ukrayna bazarlarına çıxarılırdısa, bu ildən ixrac coğrafiyası bir qədər də genişlənib. Bu il Tovuz xurması Avropaya, Yaxın Şərq ölkələrinə və Türkiyəyə də göndərilir.

İxrac edilən ölkələrin sayının artması fermerləri sevindirsə də, xurma bağlarında müşahidə olunan xəstəlik və meyvənin əmtəə görünüşünün qüsurlu olması onları narahat edir. Alıcılar bildirirlər ki, belə xurmalar satış üçün problem yaradır.

Tovuz rayon Əyyublu kəndindən olan fermer Mübariz Mehralıyev deyir ki, bu il yazda uzunmüddətli yağışlar yağdığına görə, çiçəklərdə tozlanma prosesi düzgün getməyib: “Yay aylarında bu bölgədə nadir rast gəlinən dolu da qeydə alındı. Bu da meyvələri yararsız hala saldı”.

Buna baxmayaraq, fermer xurma satışında probleminin olmadığını bildirir: “Məhsulumuz əvvəllər əsasən Rusiya bazarına ixrac olunurdu. Bu il isə Avropa və Səudiyyə Ərəbistanı bazarına da çıxışımız var. Türkiyədə bu il iqlim şəraiti xurma bağları üçün əlverişsiz keçdi deyə, qardaş ölkənin bazarında da xurmaya ciddi ehtiyac var”.

On beş ildən çoxdur xurma yetişdirməklə məşğul olan fermer Şakir Nəcəfovla da söhbət edirik. Deyir ki, məhsul bol olsa da, onun əksəriyyəti xəstəlik və əmtəə görünüşünün qüsurlu olması səbəbindən satış üçün yararsızdır. “Xurmada tozlanmanın yaxşı getməməsi, həm də may ayında havaların soyuq olması səbəbindən məhsulda xəstəlik və qüsurlar oldu. Sağlam və görkəmi qüsursuz olan məhsul isə qablaşdırılıb xaricə satılır. Keçən il qiymətlər 1 manatdan baha idi. Bu il isə 40-50 qəpik civarındadır”, - deyə fermer vurğulayır.

Mütəxəssislər hesab edirlər ki, bu il xurma bağlarında müşahidə edilən problemlər hava şəraiti ilə bağlıdır və bu, mövsümi haldır. Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Tovuz Elmi Tədqiqat Bazasının baş elmi işçisi, aqronom Mehman Dadaşovun da bununla bağlı fikrini öyrənirik. Bildirir ki, əmtəə formasını itirmiş xurmanı tədarükçü qəbul etməyəcək. Çünki alıcı bu kimi amillərə önəm verir. “Bu il xurma bağlarında iki problem müşahidə olunur. Biri meyvələrin formalarını dəyişməsi, digəri isə qara ləkələrin düşməsidir. Biz bunu erkən yaz mövsümündə şiddətli yağışlarla, gecə və gündüz temperaturunun fərqli olduğu üçün çəcəklərdə tozlanmanın düzgün getməməsi ilə əlaqələndiririk. Elə hava şəraitində göbələklərin, bakteriyaların, virusların aktivliyi müşahidə olunmuşdu. Buna görə də meyvələrdə ləkələr əmələ gəlmişdi. Bunun genlə, mutasiya ilə heç bir əlaqəsi yoxdur, sadəcə bütün meyvə bağlarında bu problem var və mövsümi problemdir”, – deyə M.Dadaşov əlavə edib.

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə heyətinin sədri Qadir Yusifov isə bildirib ki, bu il satışlar sentyabr ayından başlayıb: “Hazırda bir neçə ölkəyə Azərbaycan xurması ixrac olunur. Rusiya, Belarus və Ukrayna ənənəvi bazarlardır. Qardaş ölkə Türkiyəyə də xurma ixrac edirik. Türkiyənin Bursa bölgəsində yetərincə xurma bağları olmasına baxmayaraq, aprel ayında orada qar yağmış və gecələr 10 dərəcə şaxta olduğuna görə bütün xurma bağları donvurma nəticəsində məhv olmuşdur. Ona görə də Türkiyəyə xurma ixracı davam edir. Ümid edirik ki, soyuducu anbarlarda saxlanılan məhsulların icraçı dekabr-yanvar-fevral aylarında da davam edəcək. Dubaya, ərəb ölkələrinə və digər ölkələrə də həm qurudulmuş, həm də təzə dərilmiş xurma ixracı həyata keçirilir”.

Hazırda xurmanın ölkəmizdə bir neçə sortu yetişdirilir. Ən çox tələbat isə “Yapon”, “Seyfəli” və “Şərq” sortu kimi tanınan xurmalaradır.

Xurma orqanizm üçün faydalılığı ilə seçilir. Onun tərkibi yod ilə zəngindir. Mədə-bağırsaq, ürək-damar sisteminin fəaliyyətinə yaxşı təsir edir.

 

Xurmanın ixrac coğrafiyası genişlənsə də, məhsulun əmtəə görünüşünün qüsurlu olması tovuzlu bağbanları narahat edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb