Babur Bekmurodov: TDT ölkələri QHT-lərinin Platforması xalqlarımızı daha da yaxınlaşdırmağa imkan verəcək VİDEO
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Türk dövlətləri və türk xalqlarının qeyri-hökumət təşkilatlarının bir araya gəldiyi TDT ölkələri QHT-lərinin Platforması böyük əhəmiyyət daşıyır. Çünki görürük ki, ölkələrimizin liderləri dostluq münasibətləri qurur, müxtəlif məsələləri birlikdə həll edirlər, həm daxili, həm də qlobal problemlərin aradan qaldırılmasında fəal iştirak edirlər. Liderlər xalqlarımızı yaxınlaşdırmaq məqsədilə yeni ideyalar irəli sürürlər. Bu proses çərçivəsində xalqlar arasında da səmimi və davamlı dostluğun möhkəmlənməsi vacibdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Özbəkistandakı “Yüksəliş” hərəkatının sədri, Özbəkistan parlamentində komitə sədri Babur Bekmurodov deyib.
“Bu platforma xalqlarımızı daha da yaxınlaşdırmağa imkan verəcək. Düşünürəm ki, bu təşəbbüs türk xalqlarının səsinin dünyada daha gur səslənməsinə xidmət edəcək” - deyə, o əlavə edib.
Qeyd edək ki, bu gün Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması təsis olunub.