Siyəzəndə ət satışı mağazasında normativ tələblərin pozulduğu aşkarlanıb VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, H.Əliyev küçəsində Nizami Qudrət oğlu Əkbərova məxsus ət satışı mağazasında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı mağazada texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, mağazada işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.