3G modem, yaxud 4G MiFi alan Azercell abunəçiləri pulsuz 10 GB hədiyyə qazanacaq
Bakı, 29 aprel, AZƏRTAC
Azercell özünün fakturasız (Sim-Sim) abunəçiləri üçün mobil internetlə bağlı kampaniya elan edib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində Azercell-dən 4G MiFi and 3G USB modem alan hər bir abunəçiyə 10 GB həcmdə internet hədiyyə olunur. Kampaniya zamanı 3G USB modem üçün 20 AZN, 4G MiFi modem üçün 80 AZN verilən nömrənin balansına yüklənilir və bunun qarşılığında abunəçiyə 10 GB pulsuz internet təqdim olunur. 10 GB bonusun istifadə müddəti 30 gündür. Lakin bonusun həcmi 30 gündən tez bitərsə, Azercell abunəçisini yenə də internetsiz qoymur. Belə ki, 10 GB vaxtından tez bitərsə, abunəçi müddətin sonunadək limitsiz həcmdə və pulsuz internetdən istifadə edə bilər. Bu zaman sadəcə internetin sürəti azalır.
Xatırladaq ki, 3G USB modem 21.6 Mb/s-ə qədər internet sürəti, 4G MiFi cihazı isə çox yüksək - 100 Mb/s-ə qədər sürət təmin edir. Əgər kampaniya zamanı verilən bonus bir ay ərzində tam istifadə olunmazsa, həcm qalığı növbəti aya keçirilmir.
Yeni kampaniyanın özəlliklərindən biri odur ki, xidmət əvvəlcədən ödəmə (SimSim) xidmətinə aid olduğuna görə növbəti aylarda abunəçilərə cərimə tətbiq edilmir. Sadəcə bonus müddəti bitdikdən sonra abunəçi növbəti ay üçün mövcud internet paketlərindən birini sifariş edə bilər. Bunun üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir.
Qeyd edək ki, kampaniya yalnız fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulur. Xidmətə qoşulmuş nömrədə digər xidmətlərdən (SMS və s.) istifadəyə görə xidmət haqları nömrədə mövcud olan tarif paketinə əsasən hesablanır. Nömrədə hər hansı digər tarif paket aktiv edilməyibsə, bu halda tarifləşmə SimSim xətt sistemində mövcud olan “Bizimkilər” paketinə uyğun aparılır.
Maraqlananlar daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərlər.