Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatala qızılgülünün dünyaya yayılan ətri - Azərbaycanın efir yağları xarici bazarlarda VİDEO

Zaqatala, 25 may, AZƏRTAC

Azərbaycanın qədim qızılgüllər diyarı olan Zaqatala rayonu aqrar potensialını yenidən bərpa edir. 2016-cı ildə fəaliyyətə başlayan “Ləcheq Farm and Distillery” MMC artıq 10 ildir ki, bölgədə qızılgül plantasiyalarını yenidən salaraq, istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarır. Yüksək əlavə dəyər yaradan və tam yerli xammala əsaslanan parfümeriya xammalı, ölkəyə xarici valyuta axınını təmin edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəssisə tərəfindən ilkin mərhələdə 183 hektar ərazidə efir yağlarının istehsalı üçün nəzərdə tutulan Dəməşq qızılgülü, 10 hektar ərazidə isə lavanda və nanə plantasiyaları salınıb. Yaxın illərdə bu sahələrin genişləndirilərək 500 hektara çatdırılması hədəflənir. Bu məqsədlə Zaqatala ilə yanaşı Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan fermerlərlə müqavilə əsasında əlavə 250 hektar qızılgül plantasiyasının salınması nəzərdə tutulur.

Müəssisənin aqronomu Cahangir Bayramov bildirir ki, sahələrdə test məqsədilə efir yağı sənayesinə uyğun digər bitkilər də əkilir. Bioloji və iqtisadi dəyərləndirmədən sonra həmin bitkilərin də irihəcmli istehsalına başlanılacaq və bu, ixrac çeşidini xeyli artıracaq.

Aqronom sahələrin tam olaraq müasir damlama suvarma sistemi ilə təchiz edildiyini vurğulayıb: "Bu sistem bitkinin məhsuldarlığını artırmaqla yanaşı, torpaqların erroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından qənaətlə istifadəyə zəmin yaradır".

Ən önəmli məqamlardan biri isə istehsalın tam orqanik olmasıdır. Sahələrdə heç bir kimyəvi dərman, herbisid, pestisid və ya sintetik gübrədən istifadə olunmur, zərərvericilərlə mübarizə yalnız bioloji üsullarla aparılır.

Müəssisə regionda ciddi məşğulluq mərkəzinə çevrilib. Bitkilərə xidmət sahəsində 60 nəfər daimi işçi çalışır. Mövsümdən asılı olaraq sahələrə 60-90 nəfər, may ayında başlayan və təxminən bir ay davam edən qızılgül yığımı mövsümündə isə 1800-2000 nəfərədək əlavə işçi cəlb olunur.

Qızılgül yığımının özünəməxsus qaydaları var. Havada temperatur 25 dərəcəni keçdikdə güldəki efir yağı uçmağa başlayır. Buna görə də yığım hər sabah sübh tezdən – saat 06:00-da başlayır və 09:30-da yekunlaşır. Yalnız tam açılmış güllər yığılaraq dərhal fabrikə təhvil verilir. Hazırda bir hektar sahənin ortalama məhsuldarlığı 4 – 4,5 ton təşkil edir.

Müəssisənin istehsalat kompleksi 2017-ci ildə inşa edilib və ilk məhsulunu 2018-ci ildə verib. İstehsalat departamentinin rəhbəri Təbriz Allahverdiyevin sözlərinə görə, plantasiyaların tən ortasında, 3 hektar ərazidə yerləşən fabrik 504 kvadratmetrlik istehsalat sahəsi və anbardan ibarətdir. Mövsüm vaxtı burada 25 nəfər çalışır.

İstehsalat departamentinin rəhbəri Təbriz Allahverdiyevin sözlərinə görə, müəssisənin yaxın gələcək planlarına parfümeriya sənayesində çox yüksək qiymətləndirilən gül yağının daha qatı və saf ekstrakt formaları, eləcə də digər bitkilərin ekstraktlarının istehsalı üçün yeni fabrikin inşası daxildir. Hazırda bu layihə araşdırma və dəyərləndirmə mərhələsindədir.

Müəssisənin texnoloji imkanları təkcə burada yetişdirilən deyil, həm də Azərbaycan təbiətində yabanı halda bitən efir yağlı bitkilərin emalına da tam imkan verir. Artıq birillik yovşan, boymadələn, şam ağacı, kəklikotu, rozmarin, razyana və çobanyastığı kimi bitkilərdən test formatında efir yağları istehsal edilib. Bu məhsullar beynəlxalq sərgilərdə uğurla nümayiş olunaraq potensial müştərilərə təqdim edilib. Şirkət rəhbərliyi gələcəkdə həm istehsalat sahəsini genişləndirməyi, həm də məhsul çeşidini daha da artırmağı hədəfləyir.

Dünya üzrə illik qızılgül efir yağı istehsalı cəmi 4000–5000 kiloqram civarındadır. Sevindirici haldır ki, bu ümumi həcmin 200 kiloqramdan çoxu məhz “Ləcheq Farm and Distillery” MMC-nin payına düşür. Müəssisə gələcəkdə bu payı və istehsal həcmini daha da artırmaq niyyətindədir.

“İstehsal etdiyimiz efir yağları yüksək ixrac potensialına malikdir və parfümeriya, kosmetologiya, aromaterapiya sənayesi üçün qiymətli xammal hesab olunur”, - deyən T.Allahverdiyev bildirir ki, müəssisənin məhsulları indiyədək Almaniya, Bolqarıstan, Yaponiya, ABŞ, BƏƏ, Türkiyə, İtaliya, Fransa, Çin və Cənubi Koreya daxil olmaqla, ümumilikdə, 21 beynəlxalq parfümeriya və kosmetika sərgisində nümayiş etdirilib, nüfuzlu mükafatlara layiq görülüb. Şirkət hər il bu sənayeyə aid qlobal tədbirlərdə davamlı olaraq təmsil olunur.

Hazırda Zaqatala brendi öz məhsullarını dünyanın dörd bir yanına – Yaponiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, Böyük Britaniya, Almaniya, Fransa, ABŞ və Litva kimi ölkələrin aparıcı şirkətlərinə ixrac edir. Müəssisənin ən böyük uğurlarından biri də odur ki, onun istehsal etdiyi məhsullar “Azərbaycanın efir yağları” adı altında Fransanın dünyaşöhrətli “Grasse” parfümeriya məktəbində və onun filiallarında dərsliklərə daxil edilib. Bundan əlavə, müəssisə Ümumdünya Parfümeriya Assosiasiyasının rəsmi üzvüdür.

Müxbir - Rasim İslamoğlu

Zaqatala qızılgülünün dünyaya yayılan ətri - Azərbaycanın efir yağları xarici bazarlarda VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH