UFC ulduzu Leron Mörfi: Gecənin əsas döyüşündə favorit Rafael Fizievdir VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Bakıda olduğuma görə xoşbəxtəm. Şəhərdə hər şey gözəldir. Burada olmaqdan məmnunam. İnsanlar çox mehribandır və şəhər məndə xoş təəssürat yaradıb”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri üçün qonaq qismində paytaxta gələn MMA döyüşçüsü Leron Mörfi jurnalistlərə açıqlamasında deyib.
İngiltərəli idmançı Leron Mörfi Azərbaycan təmsilçiləri Rafael Fiziev və Nazim Sadıxovu da bəyəndiyini bildirib: “Çox yaxşı döyüşçülərdir. Onların çıxışlarını izləməyi xoşlayıram. Düşünürəm ki, gecənin əsas döyüşündə favorit Rafael Fizievdir”.
MMA döyüşçüsü digər idman növləri ilə müqayisədə döyüş idmanına daha çox maraq göstərdiyini də vurğulayıb.
Xatırladaq ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [17:05]
Futbol üzrə ikiqat Avropa çempionu karyerasını başa vurub
- 02.07.2026 [16:07]
“Qəbələ” milli komandanın qapıçısı ilə müqavilənin müddətini uzadıb
- 02.07.2026 [16:04]
Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib VİDEO
- 02.07.2026 [15:25]
Premyer Liqa klubu futbolçusu ilə müqaviləni yeniləməyib
- 02.07.2026 [15:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
- 02.07.2026 [15:02]